İran prezidentinin fəhlə günü münasibətilə çıxışı
-
İran prezidentinin fəhlə günü münasibətilə çıxışı
İran İslam Respublikası prezidenti deyib: Diplomatların səyi ilə İran xalqının qarşısından böyük bir sədd götürüldü və nüvə anlaşması xalqın yüksəlişə doğru hərəkəti üçün yolu açıbdır.
İran İslam Respublikası prezidenti deyib: Diplomatların səyi ilə İran xalqının qarşısından böyük bir sədd götürüldü və nüvə anlaşması xalqın yüksəlişə doğru hərəkəti üçün yolu açıbdır.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü MEPNA şirkətində keçirilən fəhlə günü mərasimində əlavə edib: Nüvə anlaşması bütün xalq tərəfindən və İslam İnqilabının Böyük Rəhbərinin istiqamətləndirmələrilə əldə olunubdur.
Ruhani söyləyib: Nüvə anlaşmasının icra olunması ilə neft və neft məmulatları ixracatı gündə bir milyon iki yüz min barreldən gündə iki milyon üç yüz min barrel çatıb və pul köçürməsi açılıbdır.
İran İslam Respublikası prezidenti vruğulayıb: Bu gün nüvə anlaşması sayəsində iri gəmilərin qonşu ölkələrin sahillərində yan almaları, əmtəələrin qayıqlar vasitəsilə İran sahilinə çatmaları və hər bir konteyner müqabilində xalqın cibindən 700 dolların ödənilməsi yerinə, gəmilər İran limanlarında lövbər atırlar.
İranın icra hakimiyyətinin sədri həmçinin MEPNA şirkətinin iqtisadi müstəqillik sahəsindəki irəliləyişlərini iftixarlı adlandıraraq, deyib: MEPNA dünya səviyyəsində SİEMENS kimi şirkətlərlə rəqabət aparmaqdadır.