Ruhani İranın oxatma üzrə yığma komandasını təbrik edib
May 01, 2016 12:00 Asia/Baku
-
Ruhani İranın oxatma üzrə yığma komandasını təbrik edib
İran İslam Respublikası prezidenti bir müraciətdə İranın oxatma üzrə kişi yığma komandasının Çinin Şanxay şəhərində keçirilən dünya çempionatında birinci olmasını təbrik edib.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü bu müraciətdə İranın oxatma üzrə kişi yığma komandasının çempion olmasını yüksək dəyərləndirərək, iranlı gənclərin bütün idman növlərində daha da başıuca olmaları və çiçəklənmələrini arzu edib.
İranın oxatma üzrə kişi yığma komandası Amerika komandasını məğlub edərək, qızıl medal aıb və Çin dünya çempionatı yarışlarının ikinci dövrünün çempionu olubdur.
İranın kambond atıcıları ABŞ komandasını 229-228 hesabı ilə məğlub edərək, qızıl medal qazanıblar.
Teqlər