Ruhani: Davamlı inkişaf yolu təhsil sistemindən keçir
-
Ruhani: Davamlı inkişaf yolu təhsil sistemindən keçir
İran İslam Respublikasının prezidenti davamlı və balanslı inkişafın investisiya və təhsil sisteminin gücləndirilməsi ilə mümkün olduğunu deyib
Prezident Administrasiyasının informasiya portalının verdiyi məlumata görə, İran İslam Respublikası Prezidenti Həsən Ruhani bu gün ölkənin müxtəli şəhərlərindən gələn müəllimlərin iştirakı ilə keçirilən mərasimdə, müəllim gününü təbrik edərək deyib: İranın inkişafı üçün bütün gücümüzü səfərbər etməliyik və heç şübhəsiz ki bu inkişaf təhsil sistemindən başlayır.
İran prezidenti onun hökumətinin bütün çətinliklərə baxmayaraq təhsil büdcəsini iki qat artırdığını xatırladıb və deyib: İnkişaf yolu İranı sevən ölkənin gələcəyini düşünən savadlı və həvəsli müəllimlərin fəaliyyətindən keçir.
Ruhani həmçinin şəhid Mürtəza Mütəhhərinin xatirəsini əzizləyərək deyib: Şəhid əllamə Mütəhhəri həqiqətən bir fəqih, azadə, mütəfəkkir, ziyalı və şücaətli idi , o İran üçün böyük sərmayə idi və bu gün də onun əsərləri bizim üçün böyük sərmayədir.