Ruhani: İran Fələsin xalqının himayədarı olaraq qalacaq
-
Ruhani: İran Fələsin xalqının himayədarı olaraq qalacaq
İran İslam Respublikası prezidenti Fələstini təcavüzkarlar qarşısında müqavimətin simvolu adlandırıb.
Həsən Ruhani cümə axşamı Fələstin İslami Cihad Hərəkatının baş katibi Ramazan Abdullah ilə görüşdə Fələstin xalqının təcavüzkarlar qarşısındakı müqavimətini alqışlayıb və deyib: Fələstin məsələsi İran üçün önəmlidir və İran İslam Respublikası hökuməti bundan sonra da Fələstin xalqı və Fələstin müqavimətinin kənarında olacaq.
Ruhani Fələstin məsələsinin unudulmasını, düşmənlərin regionda terrorizmə rəvac verməkdə izlədikləri əsas məsələ adlandırıb və deyib: Fələstin xalqının müqaviməti dünya üçün "heç bir təcavüzkar işğalçılıqilə davamlı mənafe əldə edə bilməz" müraciətinə malikdir.
Fələstin İslami Cihad Hərəkatının baş katibi Ramazan Abdullah da Tehranda baş tutan bu görüşdə deyib: Bu gün Fələstin gəncləri Qüdsü himayə məqsədi ilə yeni bir intifazəyə başlayıblar.