İran prezidentinin əyalət səfəri başa çatdı
-
İran prezidentinin əyalət səfəri başa çatdı
Həsən Ruhani: Güc strukturları İnqilab Rəhbərinin istiqamətləndirmələri ilə ölkəni inkişafa aparan yolda qətiyyətlə addımlayırlar.
İran İslam Respublikası prezidenti Həsən Ruhani Kerman Əyalət Şurasında etdiyi çıxışında birlik, həmrəylik və ahəngdarlığın qorunmasına təkid edib və deyib: İranın bütün güc strukturları rəsmiləri İnqilab Rəhbərinin göstərişləri ilə İranın inkişafı habelə, əxlaq və mənəviyyatın inkişafı olan vahid hədəf uğrunda fəaliyyət göstərirlər.
Ruhani Kerman əyalətini tərk etməzdən öncə jurnalistlər qarşısında deyib: ABŞ məhkəməsinin İranın 2 milyard dollar pulunu dondurması beynəlxalq qanunlara ziddir.
445 layihənin istifadəyə verilməsi, Kerman əhalisi ilə görüş, ruhanilər, din alimləri, ziyalılar və iş adamları ilə görüş, habelə, Kerman Əyalət Şurasının iclasında iştirak prezidentin Kerman əyalətinə olan 2 günlük səfərinin əsas proqramları olub.