Nəsrullah İranın terrorizmlə mübarizə siyasətini rəğbətlə qarşılayıb
https://azeri.sahartv.ir/news/İran-i218251-nəsrullah_İranın_terrorizmlə_mübarizə_siyasətini_rəğbətlə_qarşılayıb
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah deyib: Biz İranın terrorizmlə mübarizə və region böhranları üçün siyasi həll yollarının yaradılmasına köməyini rəğbətlə qarşılayırıq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 16, 2016 04:30 Asia/Baku
  • Nəsrullah İranın terrorizmlə mübarizə siyasətini rəğbətlə qarşılayıb
    Nəsrullah İranın terrorizmlə mübarizə siyasətini rəğbətlə qarşılayıb

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah deyib: Biz İranın terrorizmlə mübarizə və region böhranları üçün siyasi həll yollarının yaradılmasına köməyini rəğbətlə qarşılayırıq.

Əlməyadin-in məlumatına görə, Nəsrullah bazar günü Beyrutda İranın xarici işlər nazirinin müavini Hüseyn Əmir Əbdollahiyan ilə görüşdə əlavə edib: Region böhranları üçün təhlükəsizlik və hərbi yollara təkid edən tərəflər terrorizmin şiddətlənməsinin əsas amilləridirlər.

Livan Hizbullahının baş katibi vurğulayıb: Əgər müqavimət şəhidlərinin fədakarlıq mədəniyyəti olmasaydı, burada heç bir təhlükəsizlik mövcud olmazdı.

Seyid Həsən Nəsrullah bildirib ki, sionist rejimin hərəkətləri qarşısında öz sayıqlığımızı qorumalıyıq.

O, deyib: Biz hər bir kəsin müsəlmanlar arasında təfriqə salmaq üzrə cəhdini pisləyirik.

Seyid Həsən Nəsrullah əlavə edib: Təkfirçilərin Suriya və İraqda islami ölkələrdə hərc-mərcliyin genişləndirilməsi üzrə səyləri sionist rejimin siyasətləri ilə əlaqəlidir.