Həsən Ruhani: Urmiyə gölü həyata qaytarılacaq
https://azeri.sahartv.ir/news/İran-i219691-həsən_ruhani_urmiyə_gölü_həyata_qaytarılacaq
İran İslam Respublikası prezidenti Həsən Ruhani Urmiyə əhalisi arasında çıxış edərək, deyib: İran xalqı İslam Şurası və Rəhbərlik Xübrəqanı məclislərinə seçkilərdə geniş iştiraka malik olub. Qərbi Azərbaycan əhalisinin bu seçkilərdəki iştirakı isə 66% olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2016 09:24 Asia/Baku
  • Həsən Ruhani
    Həsən Ruhani

İran İslam Respublikası prezidenti Həsən Ruhani Urmiyə əhalisi arasında çıxış edərək, deyib: İran xalqı İslam Şurası və Rəhbərlik Xübrəqanı məclislərinə seçkilərdə geniş iştiraka malik olub. Qərbi Azərbaycan əhalisinin bu seçkilərdəki iştirakı isə 66% olub.

Həsən Ruhani Qərbi Azərbaycan əhalisinə təşəkkür edərək, deyib: Əziz İranımız hal hazırda tam təhlükəsizliyə və sabitliyə malikdir. Bu ilahi nemətə görə şükr etmək lazımdır.

Prezident Həsən Ruhani həmçinin, Urmiyə gölündə suyun səviyyəsinin 3 il öncə ilə müqayisədə 10 sm yüksəlməsinə işarə edərək, deyib: Bu gün Urmiyə gölünün vəziyyəti artıq nəzarət altına alnıb və bu gölü yenidən həyata qaytarmaq üçün lazımi tədbirlər fasiləsiz olaraq həyata keçirilməkdədir.

H.Ruhani daha sonra deyib: Xalq və rəsmilər əl-ələ verərək, Urmiyə gölünü yenidən həyata qaytarmağa çalışır.

Cənab Həsən Ruhani İslami İranın bayrağı, Vilayət Fəqih, İslam İnqilabının Böyük Rəhbəri və İran xalqının böyük mədəniyyəti sayəsində ölkədə birlik və həmrəyliyin formalaşmasını ölkədəki təhlükəsizliyin başlıca amili adlandırıb və deyib: Hamımız bilməliyik ki, İranda yaşayan bütün qövmlər və bütün dinlərin davamçıları vahid bir bayraq altında birləşiblər və ölkədə ixtilafa yer yoxdur.