Ruhani: Nüvə anlaşmasından sonra hər gün yeni bir açılım var
https://azeri.sahartv.ir/news/İran-i220624-ruhani_nüvə_anlaşmasından_sonra_hər_gün_yeni_bir_açılım_var
İran İslam Respublikası prezidenti deyib: Xalq nüvə anlaşmasından öncə hər gün yeni sanksiyalar ilə üzləşirdi. Amma, indi, nüvə anlaşmasından sonra, hər gün yeni bir açılımın şahidi oluruq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2016 10:39 Asia/Baku
  • Həsən Ruhani
    Həsən Ruhani

İran İslam Respublikası prezidenti deyib: Xalq nüvə anlaşmasından öncə hər gün yeni sanksiyalar ilə üzləşirdi. Amma, indi, nüvə anlaşmasından sonra, hər gün yeni bir açılımın şahidi oluruq.

Çərşənbə günü İranın Ali Şuraları üzvləri ilə görüşdə çıxış edən Həsən Ruhani xalqın və rəsmilərin nüvə anlaşmasından sonrakı açılımlar və fürsətlərdən istfadəsini zəruri adlandırıb və deyib: Xalq nüvə anlaşmasından öncə hər gün yeni bir sanksiya ilə üzləşirdi. Amma, hazırda və nüvə anlaşmasından sonra hər gün yeni bir açılımın şahidiyik və bunun sayəsində xalqa daha artıq xidmət göstərilməlidir.

İran İslam Respublikası prezidenti çıxışının davamında deyib: bütün şuralar və qərargahlar iqtisadi, elmi və mədəni məsələlərdə xalqın təkliflərini nəzərə almalıdır. Xalqın razılığı və tələblərinin gerçəkləşdirilməsi hər bir fəaliyyətin prioriteti olmalıdır.