Ruhani: İranın qonşu ölkələrə yardımları davam etdirilir
https://azeri.sahartv.ir/news/İran-i221434-ruhani_İranın_qonşu_ölkələrə_yardımları_davam_etdirilir
İran İslam Respublikası prezidenti Həsən Ruhani İranın regionda sülh və təhlükəsizliyin bərqərar olması çərçivəsində qonşu ölkələrə öz yardımlarını davam etdirəcəyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2016 13:19 Asia/Baku
  • İran İslam Respublikası prezidenti
    İran İslam Respublikası prezidenti

İran İslam Respublikası prezidenti Həsən Ruhani İranın regionda sülh və təhlükəsizliyin bərqərar olması çərçivəsində qonşu ölkələrə öz yardımlarını davam etdirəcəyini vurğulayıb.

İİR prezidenti üç əsas hakimiyyət orqanının başçılarının görüşündən sonra xalqların öz müstəqillik , təhlükəsizlik və sabitliklərini özlərinin təmin etməli olduqlarını vurğulayıb və deyib: Elə region ölkələrinin üz-üzə durduqları böhranın yeganə həll yolu da budur və İran ondan yardım tələb edən qonşularına yardımlarını davam etdirəcək.

İran prezidenti İraq və Suriyada təhlükəsizlik və sabitliyin tez bir zamanda bərqərar olunmasına və bu ölkələrin terrorçulardan təmizlənəcəyinə ümidvar olduğunu bildirib.