Ruhani: İran beynəlxalq məhkəməyə şikayət etdi
https://azeri.sahartv.ir/news/İran-i221488-ruhani_İran_beynəlxalq_məhkəməyə_şikayət_etdi
İran İslam Respublikası prezidenti bildirib: İran hökuməti Mərkəzi Bankın əmlakından təxminən 2 milyard dolların götürülməsinə görə ABŞ-dan rəsmi şəkildə Beynəlxalq Məhkəməyə şikayət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2016 04:38 Asia/Baku
  • İran İslam Respublikası prezidenti
    İran İslam Respublikası prezidenti

İran İslam Respublikası prezidenti bildirib: İran hökuməti Mərkəzi Bankın əmlakından təxminən 2 milyard dolların götürülməsinə görə ABŞ-dan rəsmi şəkildə Beynəlxalq Məhkəməyə şikayət edib.

İRNA-nın məlumatına görə, Həsən Ruhani çərşənbə gecə şəhid və fədakarlarn ailələri ilə iftar ziyafətində bildirib: İran hökuməti xalqın hüququnu alacağı, 2 milyard dolları əldə edəcəyi və dəyən xəsarəti aradan qaldıracağı zamana qədər məsələni izləyəcək.

Ruhani əlavə edib: ABŞ məhkəmələri qeyri-qanuni qərarlar verərək bildiriblər ki, bu əmlak Livanda ölən amerikalılar və ailələrin ixtiyarına verilməlidir. Halbuki amerikalıların Livanda nə etdikləri və bu məsələnin İrana nə aidiyyəti olması heç bəlli deyil.

ABŞ-ın Ali Məhkəməsi ötən aprel ayında verdiyi qərarda 1983-cü ildə bomba partlayışı qurbanlarının ailələrinə təxminən 2 milyard dolların ödənməsi ilə İranın müsadirə olunmuş əmlakından götürülməsini təsdiqləyib.

İran 1983-cü ildə Beyrutda 241 amerikalı hərbçinin ölümü ilə nəticələnən ABŞ Dəniz Qüvvələri bazasında partlayışda istənilən müdaxiləni rədd edib.

İran prezidenti bu ziyafətdə gənc nəsil və cəmiyyət arasında fədakarlıq və şəhidlik mədəniyyətinin genişləndirilməsinin əhəmiyyətini qeyd edərək deyib: Əgər fədakarlıq və şəhidlik mədəniyyətini qoruyarsaq, şübhəsiz düşmənlərin ən ağır məkrli planları qarşısında qələbə çalacağıq.

"Xalq əgər fədakarlığa hazır olmazsa, düşmənin məkrli planı və təzyiqi qarşısında təslim olacaq" -deyən Ruhaninin sözlərinə görə, amallar, iman, din, dəyərlr, ölkə, inqilab və öz quruluşu üçün müqavimət göstərə və düşməni məkrli plan və təzyiqi davam etdirməkdə məyus edə bilən xalq fədakarlığa hazır olmalıdır.