İranın nüvə müzakirə heyətinin üzvü: Nüvə anlaşması bu anadək pozulmayıb
-
Həmid Bəidinejad
İranın nüvə müzakirə heyətinin üzvü Həmid Bəidinejad deyib: Mövcud eniş-yoxuşlara rəğmən, nüvə müzakirə heyətinin üzvləri bu qənaətdədir ki, indiyədək nüvə anlaşması pozulmayıb və anlaşmanın icra problemlərinə rəğmən, bütövlükdə icra gedişi müəyyən qədər qənaətbəxş olubdur.
Bəidinejad sonra deyib: Bu anlaşmanın siyasi və strateji təhlükəsizliyi aydın bir məsələdir və İran ilə Altılığın müzakirə yolu ilə İrana qarşı ədalətsiz sanksiyaları, eləcə də Təhlükəsizlik Şurasının və Direktorlar Şurasının qətnamələrini ləğv edə bilməsi beynəlxalq əlaqələr sahəsində bütün ölkələr üçün bir meyardır; Bu üzdən, nüvə anlaşması üzvləri çalışır ki, bu keçmiş, beynəlxalq əlaqələrdə yaxşı bir keçmiş kimi qalsın və nüvə anlaşmasının icrası problemləri tamamilə aradan qaldırılsın.
İranın xarici işlər nazirinin müavini daha sonra deyib: Əgər İran hiss etsə ki, nüvə anlaşması pozulubdur, bir an belə yubanmayacaq və kəskin reaksiya göstərəcəkdir.