Ban Ki Mun nüvə öhdəliklərinə sadiq qalmasına görə, İrana təşəkkür edib
-
Ban Ki Mun İrana təşəkkür edib
BMT-nin baş katibi bir bəyanatda nüvə anlaşmasına əsasən nüvə öhdəliklərinə sadiq qalmasına görə, İrana təşəkkür edib.
Nüvə anlaşmasının əldə olunmasının ildönümü günü münasibətilə dünən BMT-nin internet portalında yayılmış Ban Ki Munun bəyanatında deyilir: Bir il bundan öncə BMT-nin Təhlükəsizlik Şurası İranın 3+3 qrupu ilə nüvə anlaşmasına dəlalət edən 2231 saylı qətnaməni qəbul etdi. Mən bu tarixi nailiyyətin birinci ildönümündə Təhlükəsizlik Şurasına və nüvə anlaşmasında iştirak edənlərə təbrik deyirəm. Nüvə anlaşması diplomatiyanın qələbəsi olaraq, münaqişənin qarşısını aldı və nüvə silahlarının yayılmasını qadağan edən beynəlxalq qanunları gücləndirdi. Mə bu anlaşmaya çatmaq üçün bütün tərəflərin əzmkarlığı və iradəsini alqışlayıram.
Ban Ki Mun bu bəyanatda əlavə edib: Mən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən də təsdiq olunan öz nüvə öhdəliklərinə əməl etdiyinə görə, İran İslam Respublikasına təşəkkür edirəm və BMT-yə üzv ölkələrdən istəyirəm ki, bu anlaşmanın tam və təsirli icrasını himayə etsinlər. Mən qarşılıqlı maraqlar və hörmət əsasında 2231 saylı qətnamənin və nüvə anlaşmasının tam icrasını istəyirəm, zira bu iş beynəlxalq sülh və təhlükəsizliyə nail olmaq üçün daha artıq həmkarlığa şərait yaradır.