İran nüvə anlaşmasındakı öhdəliklərinin əksinə hərəkət etməyib
-
Kazem Cəlali
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü: Nüvə anlaşması yolunda məclisin qəbul etdiyi qanuna əsasən, geriyə dönmək yolu mövcuddur.
Kazem Cəlali saat 21 xəbərinin studiyasında əlavə edib: Əgər nüvə anlaşması tərəfləri öhdəliklərinə əməl etməzlərsə, qarşı tərəf bu anlaşmadan kənara çəkilə bilər.
O, əlavə edib: İran öhdəliklərinin əksinə hərəkət etməyib, etməyəcək də.
Cəlali bildirib ki, BMT baş katibi qeyri-düzgün şəkildə raket, İranın regional əlaqələri və general Süleymaninin anti-terror hərəkətləri sahəsinə daxil olub. O, deyib: İranın düzgünlüyü, öhdəliyi və humanitar hərəkətləri BMT tərəfindən təşviq olunmalıdır, zira bu təşkilat hətta İraqdan bir kəndi belə azad etməyə müvəffəq olmayıbdır.
O, deyib: Bəyan edilə bilinəsi ən gülünc sözlər budur ki, Amerika öz öhdəliklərini Obamanın və ya sonrakı şəxsin prezidentliyi dövrü müddətinə şamil etsin.
Cəlali söyləyib: Respublikaçıların nüvə anlaşmasının ABŞ prezidentinin dəyişməsinə uyğun olaraq ləğv olunacağına dair sözləri Amerikanın ümumi fikrini cəlb etmək və bu ölkənin seçki atmosferində sionist lobbisi kimi tələbata uyğundur.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü deyib: Bütövlükdə bu cür şaiələr o qədər də ciddi deyil və nüvə anlaşmasının icra olunmamasının qərblilər, xüsusən Amerika üçün xərci olduqca çoxdur, belə ki, uzaq perspektivdə Ameika təcrid olunacaqdır.