İyul 29, 2016 10:02 Asia/Baku
  • İran Cibhətunnusrə-nin adının Fəthulşam cəbhəsinə dəyişdirilməsinə reaksiya verib
    İran Cibhətunnusrə-nin adının Fəthulşam cəbhəsinə dəyişdirilməsinə reaksiya verib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Cibhətunnusrə terror qrupunun adının Fəthulşam cəbhəsinə dəyişdirilməsini yalnız sözlərlə oyun adlandırıb.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi dünən gecə deyib: Cibhətunnusrə terror qrupunun adının Fəthulşam cəbhəsinə dəyişdirilməsi yalnız sözlərlə oyundur və bu qrupun terroçu mahiyyəti bu cür hərəkətlə dəyişməyəcək.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Media və Ümumi Diplomatiya Mərkəzinin sədri söyləyib: Bu oyunda məqsəd, bu qrupun adını terrorizm siyahısından çıxarmaqdır; halbuki ekstremizm və terrorizmin çrkin simasını nümayişkaranə hərəkətlərlə təmizləmək olmaz.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bu kimi hərəkətləri xüsusən Suriyada çoxlu sayda terror qrupu, o sıradan Cibhətunnusrə, İŞİD. Taliban və Əlqaidə-nin əsas himayədarı və atası kimi Ərəbistanın başda olması ilə regionda ifratçılıq tərəfdarlarının siyasətlərinin iflasa uğramasının nişanəsi adlandırıb.

Qasemi dünya ictimaiyyətindən istəyibdir ki, terrorizmlə mübarizədə bu nəhs fenomenin meydana gəlməsi amilləri və zəminlərinə diqqət yetirsin və bu əsasda terror qruplarının baniləri və himayədarlarını onların köklərini kəsmək üçün təzyiq altında qoysun.

Suriyada terrorçu Cibhətunnusrə qrupunun başçısı Əbu Muhəmməd Əlculani dünən bu qrupun buraxıldığının elan olunmasından sonra ilk dəfə kameralar qarşısına çıxaraq, Fəthulşam cəbhəsi adlı yeni bir qrupun yaradıldığını elan etdi.

Teqlər