İran prezidentinin xalq ilə canlı televiziya söhbəti
-
İran prezidenti Həsən Ruhani
İran İslam Respublikası prezidenti İslami İranın iqtisadi durumunu müsbət və parlaq gələcəkli bir durum adlandırıb və deyib ki, nüvə anlaşması nəticəyə çatsa da, çatmasa da, müqavimət iqtisadiyyatı dövlətin iş gündəmində durur.
İran İslam Respublikası prezidenti Həsən Ruhani dünən gecə xalq ilə canlı televiziya söhbətində əlavə edib: İrəlilədiyimiz hər gün xalqın ciddi-cəhdi və köməyi, eləcə də dövlətin ardıcıl səyi, yekdillik və sair qüvvələrlə koordinasiya ilə xalqın başıucalığı və rifahı yolunda daha təsirli addımlar atacağıq.
Ruhani İranın regionun təhlükəsizliyi və sabitliyi mərkəzi olduğunu bildirərək, deyib: Tədbir və ümid dövlətinin fəaliyyət göstərdiyi bu üç il ərzində silahlı qüvvələrin səyi və xalqın ciddi-cəhdi ilə İranda misilsiz bir asayiş və sabitlik hökm sürüb və bu sabitlik və asayiş davam edəcək.
İran prezidenti "Nüvə anlaşmasının nəticəyə çatması, onun xalqın həyatına təsiri və amerikalıların ikisəsli və ardıcıl əhd pozmaları ilə nüvə anlaşması nə vaxt öz bəhrəsini verəcək?" sualına cavabda deyib: Qarşı tərəf, yəni 5+1 qrupu nüvə anlaşmasının icrasında səhlənkarlıqlar edir, amma eyni zamanda, nüvə anlaşması İran üçün və İran iqisadiyyatı üçün yaxşı atmosfer yaradıbdır.
Ruhani ötən bir neçə ay ərzində neft sənayesinin vəziyyəti ilə bağlı statistikalara və nüvə anlaşmasından sonra bu sahədəki nəzərəçarpacaq irəliləyişlərə toxunaraq, deyib: Nüvə anlaşmasından öncə və ötən ilin ilk on ayında İranın neft və qaz məmulatları üzrə hasilatı 3 milyon 250 min və ixracatı da bir milyon 348 min barel olub. Amma cari günəş ilinin dörd ayında hasilat gündə 4 milyon 122 min barel, ixracat isə 2 milyon 382 min barel olub. Neft sənayesində rövnəq artıb və bu son dərəcə yaxşı hərəkət nüvə anlaşmasının təsirlərindəndir.
"Bu gün 400-dən çox xarici bank İranla əlaqədədir ki, bu rəqəm günbəgün artmaqdadır" deyən Ruhani əlavə edib: Buna görə. nüvə anlaşması dövründə nəinki neft satışı və maliyyələrin əldə edilməsi üçün, həm də sığorta və gəmiçilik üçün də yaxşı fürsət yaranıbdır.
İran prezidenti İrana qarşı təhdidlərin aradan götürülməsini nüvə anlaşmasının mühüm təsirlərindən biri adlandırıb və belə söyləyib: Düşmənlər İranın işini Təhlükəsizlik Şurasına və BMT nizamnaməsinin yeddinci fəsli altına aparmışdılar. İrana qarşı altı, ya yeddi qətnamə və İran xalqı əleyhinə sərt sanksiyalar qəbul etmişdilər; hər zaman ölkə istənilməz od və savaşla üzləşə bilərdi və bu gün bu təhdid aradan qaldırılbdır.
Ruhani belə qeyd edib: Düşmənlər həmçinin İranı BMT-də və MAQATE-nin Direktorlar Şurasının qətnamələrində beynəlxalq sülh və təhlükəsizliyi hədələyən bir ölkə kimi təqdim etmişdilər və bu gün İranofobiya şəraiti aradan götürülübdür.
Ruhani habelə qarşı tərəfin nüvə anlaşmasını əngəlləməsi barədəki sualın cavabında söyləyib: Qətiyyətlə demək olar ki, bu əngəlləmələr nüvə anlaşması prinsipi ilə müxalif olan kəslər tərəfindən həyata keçirilir.
İran prezidenti deyib: Amerikanın daxilində minimum konqresin nümayəndələr palatası, xüsusən respublikaçılar nüvə anlaşması ilə müxalifdirlər və daim müxalifət edərək, əngəllər törədirdilər ki, nüvə anlaşması imzalanmasın və qəbul edilməsin. Sionist rejim də həmişə müxalif olaraq, əngəllər törədirdi və hazırda da maneçilik törədir.
Ruhani İslam İnqilabının Böyük Rəhbərinin "Əgər qarşı tərəf öz öhdəliklərinə dəqiq əməl etsəydi, həm regionun, həm də özünün xeyrinə olardı" cümləsinə, eləcə də bunun qarşı tərəf üçün bir sınaq və imtahan olmasına işarə edərək, deyib: Əgər amerikalılar xoşməramlılıq və dəqiqliklə nüvə anlaşmasını icra etsəydilər, əngəlləmələr və ehmalların qarşısını alardılar və İran da qarşı tərəfə etimad edərək, başqa bir mövzu barəsində onunla müzakirəyə hazır olardı.
İran prezidenti deyib: Nüvə anlaşması nəticəyə çatsa da, çatmasa da, müqavimət iqtisadiyyatı dövlətin iş gündəmində durur.