Obama: ABŞ İranın borcunu ödəməyə məcbur oldu
ABŞ prezidenti nüvə anlaşması ilə eyni zamanda 4 amerikalı məhbusun azad olunması üçün İrana 400 milyon dolların gizli şəkildə nəql olunmasının barəsində bir Amerika qəzetinin məqaləsinə reaksiyada deyib: Vaşinqton bu pulu Tehrana ödəməyə məcbur olub.
Barak Obama Pentaqonda keçirilən mətbuat konfransında deyib: Biz bu ödənişləri yanvar ayında bir neçə ay öncə elan etdik. Bu məsələ gizli deyildi. Bu anlaşma qeyri-qanuni deyildi.
Obama bu barədə deyib: İranlılar ABŞ-da dondurulmuş pullarının bir hissəsinin geri alınması üçün beynəlxalq məhkəmədə şikayət irəli sürmüşdülər. Vəkillərin dəyərləndirməsinə əsasən, bu nəticə əldə olundu ki, bu iş həll olunmadığı halda, Amerikanın bu işə görə İrana milyardlarla dollar kompensasiya ödəməsinə məcbur olacağı riski vardır. Nəticədə qərara alındı ki, bu vəsait (400 milyon dollar və onun faizi) İrana ödənsin.
Barak Obama ötən il köhnə silah müqaviləsin üzrə borcun ödənməsi istiqamətində 1,7 milyard dolların ödənməsi üçün Amerikanın İranla razılaşdığını bildirmişdi.
Ağ Ev o zaman bildirdi ki, Amerika 400 milyon dollar olan əsas borcdan əlavə 1,3 milyard dolları faiz olaraq İrana ödəməklə razılaşıb.
Bu məsələnin elan olunması İranda həbs olunan 4 amerikalı məhbusun azad olunması ilə eyni zamana düşməsi konqresmenlərin bu iki məsələni bir-biri ilə əlaqələndirməsinə səbəb olub.
Obama bildirib ki, ABŞ İranda məhbusların azadlığı üçün bac verməyib və bu pulun məhbusların azadlığı ilə əlaqəsi yoxdur.