İran və Rusiyanın strateji nüvə əməkdaşlıqları
-
Rusiya prezidenti Vladimir Putin
Putin: Azərbaycan, İran və Rusiya prezidentləri 8 avqustda Bakıda şimal-cənub beynəlxalq dəhlizi barəsində danışıqlar aparacaqlar.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Bakıya səfəri ərəfəsində Azərbaycanın rəsmi informasiya agentliyi ilə müsahibədə deyib: 8 avqust tarixində biz ilk dəfə olaraq Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Bakıda üç ölkə prezidentinin iclasında görüşəcək və müxtəlif cəhətləri əhatə edən uzunmüddətli və ikitərəfli əməkdaşlıqların genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparacağıq. Bu cəhətlər iqtisadi və humanitar əlaqələr, təhlükəsizlik və terrorizmlə mübarizədən ibarətdir.
Putin deyib: Bu danışıqlar şimal-cənub beynəlxalq nəqliyyat dəhlizi üzərində təmərküz olacaq.
Rusiya prezidentinin sözlərinə görə, danışıqların əsasını ümumilikdə uzunluğu 7200 kilometrə çatan şimal-cənub beynəlxalq nəqliyyat dəhlizi təşkil edəcək. Bu dəhlizin məqsədi Hindistan, İran və Fars körfəzi ölkələrindən Azərbaycana, Rusiya Federasiyasına, sonra isə Avropanın şimal və qərbinə nəqlyiyat və yük tranziti üçün mümkün ən yaxşı fürsətləri yaratmaqdır.
Rusiya prezidenti Vladimir Putin deyib: Moskva Şanxay Əməkdaşlıq Təşkilatında tam üzvlük üçün İranın səyini dəstəkləyəcək.
Putin deyib: Rusiya həmçinin regional məsələlər barədə Tehranla iştirakı dərinləşdirməkdə maraqlıdır. Rusiya Mərkəzi Asiya, Xəzər dənizi və Qərbi Asiyada stabillik və təhlükəsizliyin qorunmasında bu məsələni önəmli amil hesab edir. Rusiya Şanxay Əməkdaşlıq Təşkilatında tam üzvlük üçün İranın səyini dəstəkləməyi davam etdirəcək.
"Rusiya İstilik Elektrik Stansiyasının inşası və dəmiryolu nəqliyyatı sisteminin elektrikini təmin etməkdə İrana 2,5 milyard dollar dəyərində iki kredit ayırmaqla Tehrana kömək etmək niyyətindədir" -deyə Putin əlavə edib.
Rusiya Federasiyası prezidenti deyib: Misal üçün Rusiya İrana 2,5 milyard dollar dəyərində iki dövlət krediti ayırmaqla Fars körfəzinin kənarında Bəndər Abbas şəhəri yaxılığında İstilik Elektrik Stansiyasının inşası və bu ölkənin şimal-şərqində Gərmsar-İnçəburun istiqamətində dəmiryolunun elektrikləşdirilməsinin maliyyə təminatını həyata keçirmək niyyətindədir.
Rusiya prezidenti deyib: Biz Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası istiqamətində iranlı şəriklərimizə əlavə kömək edəcəyik. O cümlədən zənginləşdirilmiş uran məhsulları, eləcə də davamlı izotopların istehsalı məqsədilə nüvə obyektlərində dəyişikliyində.
Putin sonda deyib: Rusiya və İranın nüvə əməkdaşlığı stratejidir.