Avq 05, 2016 19:46 Asia/Baku
  • Tehran və Moskva Buşehr AES-nin 2-ci fazasının icrası üzrə məsləhətləşib
    Tehran və Moskva Buşehr AES-nin 2-ci fazasının icrası üzrə məsləhətləşib

Rus Atom Şirkəti İranın cənubunda Buşehr Atom Elektrik Stansiyasının 2-ci fazasının icrası üçün Moskva və Tehranın məsləhətləşmələrindən xəbər verib.

İTAR-TASS-ın məlumatına görə, Rus Atom Şirkətinin baş direktorunun müavini Nikolay Spaski deyib: Tehrana səfərdə və İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ilə görüşdə Buşehr AES-nin 2-ci fazasının inşası barəsində müzakirələr aparılıb.

Rus rəsmisi əlavə edib: İranın Atom Enerjisi Təşkilatının texniki məsələlər üzrə müavinləri ilə də xüsusi müzakirələr keçirilib və Buşehr AES-nin 2 və 3-cü fazalarının inşasına başlamaq barədə danışıqlar müzakirələrin əsas mehvərini təşkil edib.

Buşehr AES-nin ilk fazası Tehran-Moskvanın müqaviləsinə əsasən 1995-ci ildə tikilib. 2011-ci ildə istifadəyə verilib və 2013-cü ildə İranın elektrik şəbəkəsinə daxil olub.

İran və Rusiya 2014-cü ilin noyabr ayında da İranda digər 8 fazanın inşası üçün müqavilə imzalayıblar. Rusiya həmçinin İranın stansiyalarının nüvə yanacağını təmin etməlidir.

Teqlər