İran prezidenti: Tehran Oslo ilə əlaqələrin yüksəlməsini alqışlayır
https://azeri.sahartv.ir/news/İran-i230086-İran_prezidenti_tehran_oslo_ilə_əlaqələrin_yüksəlməsini_alqışlayır
İran prezidenti bildirib ki, Tehran Oslo ilə əlaqələrin yüksəlməsini alqışlayır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2016 04:57 Asia/Baku
  • İran prezidenti: Tehran Oslo ilə əlaqələrin yüksəlməsini alqışlayır
    İran prezidenti: Tehran Oslo ilə əlaqələrin yüksəlməsini alqışlayır

İran prezidenti bildirib ki, Tehran Oslo ilə əlaqələrin yüksəlməsini alqışlayır.

IRIB-nin məlumatına görə, İran prezidenti Həsən Ruhani dünən Tehranda Norveçin xarici işər naziri Burge Brende ilə görüşdə deyib ki, Tehran-Oslo həmkarlıqlarının genişlənməsi üçün heç bir maneə yoxdur.

İran prezidenti deyib: İran ilə 5+1 qrupu arasındakı müzakirələr göstərdi ki, beynəlxalq problemlər dialoq yolu ilə həllediləsidir. O, sonra deyib: Bu gün nüvə anlaşmasından sonra İranın Norveç daxil olmaqla dost ölkələrlə münasibət və əməkdaşlıqlarını genişləndirməsi üçün olduqca münasib fürsət yaranaıbdır ki, bu fürsətdən düzgün istifadə olunmalıdır.

Ruhani bildirib ki, nüvə anlaşması hamının xeyrinə olaraq, uduş-uduş razılaşmasıdır və tərəflər öz öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməlidirilər.

İran prezidenti habelə bank həmkarlıqlarının inkişafını Avropanın İranla iqtisadi və ticari münasibətlərinin genişlənməsinə bir zəmin adlandırıb.

Ruhaninin sözlərinə görə, iki ölkənin xarici işlər nazirləri və digər rəsmilərinin məşvərət və gediş-gəlişlərinin davam etməsi qarşılıqlı əlaqə və əməkdaşlıqların inkişafında təsirli olacaq.

İran prezidenti sonra qeyd edib ki, ekstremizm və terrorizm regionda bir çox problem yaradıb və belə şəraitdə bütün region ölkələri və digər ölkələrin həmkarlığı və iştirakı ilə bu problemləri həll etmək olar.

Norveçin xarici işər naziri də İran ilə Avropa ölkələri arasındakı həmkarlıq və əlaqələrin inkişafı istiqamətində nüvə anlaşması atmosferindən daha artıq istifadənin vacibliyini vurğulayıb.