Ruhani İranın tibb elmindəki münasib yerini vurğulayıb
-
Ruhani İranın tibb elmindəki münasib yerini vurğulayıb
İran prezidenti İranın tibb elmindəki münasib yerini son dərəcə qənaətbəxş və inkişafa doğru adlandırıb.
IRIB-nin məlumatına görə, İran prezidenti Həsən Ruhani bu gün İranın tibb icmasının seçilmişləri və veteranlarının mükafatlandırılması mərasimində deyib: İranda tibb elminin mütəxəssisləri və həkimləri cəmiyyətin müalicəsi və sağlamlığından əlavə, dünyada elm və bilik sahəsində öncüldürlər.
İran prezidenti iranlı həkimlərin digər ölkələrdə, xüsusən Qərb ölkələrindəki münasib yerinə işarə edərək, deyib: İranlı həkimlər əmək, səy və ixtisasları ilə İranın bütün dünyada başıucalıq mənbəyi olublar.
Ruhani habelə BMT Təhlükəsizlik Şurasının İrana qarşı qətnamələrinə toxunaraq, söyləyib: Bu qətnmalərin ləğv edilməsindən öncə beynəlxalq sülh və təhlükəsizliyi hədələyən bir ölkə kimi təqdim olunan İran İslam Respublikası bu gün sanksiyaların götürülməsilə elə bir ölkəyə çevrilibdir ki, hamı onunla həmkarlıq etmək istəyir.