İranın müdafiə naziri amerikan hərbi gəminin su hövzəsinə daxil olması haqda xəbərdarlıq edib
İranın müdafiə naziri deyib ki, hər bir amerikan hərbi gəmi İranın su hövzəsinə daxil olmaqla xəbərdarlıq alacaq.
İranın müdafiə naziri general-mayor pasdar Hüseyn Dehqan bu gün müxbirlər qarşısında İranın sürətli qayıqlarının amerikan hərbi gəmisinə tərəf hərəkətinin səbəbini belə izah edib: İranda və Fars Körfəzində təhlükəsizliyin təmini İranın dəniz bölmələrinin üzərinə düşür; buna görə, bölgədə əcnəbi gəmilərin gediş-gəlişləri və hərəkətlərinə nəzarət etməyə borcludurlar.
ISNA-nın məlumatına görə, general Dehqan həmçinin Rusiya təyyarələrinin İranın qərbində yerləşən Noje hava bazasındakı iştirakı haqda deyib: İran Suriyada və regiondakı anti-terror fəaliyyətlərində təsirli üzvlərdən biridir və bu istiqamətdə regionun hərbi qüvvələrinin əməl sürətini artırmaq və quru əməliyyatının asanlaşdırılması üçün Rusiya və Suriya ordusu ilə həmkarlıq edir.
General Dehqan bildirib ki, İranın Rusiya qırıcılarının regionda manevr etmələrinə zəmin yaratdığını deyib. O, eyni zamanda belə izahat verib: Rusiya təyyarələrinin Həmədanın Noje hava bazasında iştirakı regionda terrorçu və təkfirçi cərəyanlarla mübarizə üzrə müştərək işlər formasında həyata keçir.