Zərif İranın Venesuela ilə səmimi əlaqələrinin davamına təkid edib
İranın xarici işlər naziri deyib: İran ilə Venesuelanın geniş və möhkəm siyasi əlaqələri keçmişdəkindən daha dərin, daha strateji və daha ciddi şəkildə izlənir.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Venesuelada İran ilə Venesuelanın iqtisadi və ticari iclasında deyib: İran və Venesuela iki ölkə xalqlarının müqavimət və istiqlalsevər siyasətlərinə tuşlanmış səmimi əlaqələrə malikdirlər.
IRIB-nin məlumatına görə, İranın xarici işlər naziri ümidvarlıqla deyib ki, Venesuela prezidentinin hüzurunda iki ölkənin mərkəzi bankları arasında imzalanmış razılaşma ilə iki ölkənin qarşılıqlı inkişafında iştirak, həmkarlıq yolları və daha yaxşı həmkarlıqlar üçün geniş zəmin yaranacaq.
Venesuelanın xarici işlər naziri Delsi Rodriges də İran-Venesuela iqtisadi və ticari iclasında İranın xarici işlər nazirinin və onu müşayiət edən heyətin Karakasa səfərini İranın Venesuela xüsusiyyət təşkil etməklə Latın Amerikası məntəqəsi ilə strateji əlaqələrinin bəyanedicisi adlandırıb.