Avq 29, 2016 10:14 Asia/Baku
  • İran xarici işlər nazirinin Latın Amerikası ölkələrinə turnesi başa çatdı
    İran xarici işlər nazirinin Latın Amerikası ölkələrinə turnesi başa çatdı

Məhəmməd Cavad Zərif Latın Amerikasının 6 ölkəsinə səfərini başa vuraraq, Tehrana qayıdıb.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Latın Amerikası ölkələrinə turnesinin sonunda Venesuelaya səfər edərək, bu ölkə başçısı Nikolas Maduro ilə görüşüb, danışıqlar aparıb. 

Zərif ötən həftənin bazar günü 120 nəfərlik bir siyasi - iqtisadi heyətin başında Latın Amerikası ölkələrinə turneyə çıxmışdı. O, Venesuelaya səfər etməzdən öncə Kuba, Nikaraqua, Ekvador, Çili və Boliviyada olmuşdu. 

İran xarici işlər naziri Latın Amerikası ölkələrinə olan turnesi zamaı bu ölkələrin yüksək səviyyəli rəsmiləri ilə görüşüb, danışıqlar aparmaqla yanaşı, siyasi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi yollarını da araşdırıb. 

Teqlər