Sen 01, 2016 17:18 Asia/Baku
  • Kontr-admiral Həbibullah Səyyari
    Kontr-admiral Həbibullah Səyyari

İran İslam Respublikası ordusu Dəniz Qoşunları komandanı: 2008-ci ildən bəri İranın dəniz qüvvələri 3200 ticarət gəmisini müşayiət edib.

Kontr-admiral Həbibullah Səyyari cümə axşamı Noşəhrdə(İranın şimalı) İmam Xomeyni(r.ə) Dəniz Elmləri Universitetində keçirilən 2-ci milli Müasir Dənizçilik Texnologiyası seminarında ordunun Dəniz Qoşunlarının roluna işarə edib və deyib: Ticarət gəmilərinin müşayiət edilməsi İranın Dəniz Qoşunlarının beynəlxalq sulardakı iqtidarının göstəricisidir. 

Kontr-admiral  Həbibullah Səyyari İran İslam Respublikasının strateji mövqeyinə işarə edib və deyib: İran Şərq-Qərb və Şimal-Cənub marşrutunun kəsişmə nöqtəsində yerləşir və dünya enerjisinin əsas boğazı sayılır. 

İran ordusu Dəniz Qoşunları komandanı həmçinin deyib: Dənizlərin potensiallarını nəzərə alaraq, keçmişdə olduğundan daha artıq və sürətlə lazımi baza yaradılmalı və Dəniz Qoşunları dənizçilikdə öncül bir qüdrət olaraq gündəmə gəlməlidir. 

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, 2-ci milli Müasir Dənizçilik Texnologiyası seminarı Dəniz Qoşunları komandanı və İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Komissiyası üzvlərinin iştirakı ilə işə başlayıb. 

Teqlər