Böyük Rəhbərin Allah Evinin zəvvarlarına müraciəti (tam mətn)
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei Böyük Həcc Konqresi münasibəti ilə bir müraciətdə buyurublar: Həcc mövsümü müsəlmanlar üçün, yaranışın göüzündə fəxrli və əzəmətli mövsüm, ürəyin nurlanması, Yaradanın qarşısında xüşu mövsümüdür.
بسم اللّه الرّحمن الرّحیم
وَ الحَمدُ لِلّهِ رَبِّ العالَمین وَ صَلَّی اللّهُ عَلی سَیّدِنا مُحَمَّدٍ وَ آلِهِ الطَّیِّبینَ وَ صَحبِهِ المُنتَجَبین وَ مَنتَبِعَهُم بِاِحسانٍ اِلی یَومِ الدّین
Bütün dünyada müsəlman qardaşlar və bacılar! Müsəlmanlar üçün Həcc mövsümü məxluqların gözündə fəxarət və əzəmət mövsümü, könüllərin xaliq qarşısında nuraniliyi, hörmət və ibtihal mövsümüdür.
Həcc qüdsi, dünyəvi, ilahi və xəlqi fərizədir. Digər tərəfdən “atalarınızı yada saldığınız kimi , hətta ondan daha qüvvətli şəkildə Allahı yad edin” əmri və “sayılı günlərdə Allahı yad edin!” və o biri tərəfdən isə “onu bütün insanlar üçün istər yerli olsun, istərsə səhradan gəlsin bərabər etdik” xitabı onun sonsuz və fərqli boyutlarını aydınlaşdırır. Bu misilsiz fərizədə zaman və məkan təhlükəsizliyi aşkar nişanə və parlaq ulduz kimi insanların könlünə sakitlik bəxş edir və Həcc zəvvarını istilaçı zalımlar tərəfindən həmişə insan kütlələrini təhdid etmiş əmin-amansızlıq amillərinin mühasirəsindən çıxarır və müəyyən bir dövrdə təhlükəsizliyin ləzzətini ona dadızdırır. İslamın müsəlmanlara hədiyyə etdiyi İbrahimi Həcc izzət, mənəviyyat, vəhdət və əzəmət rəmzidir; İslam ümmətinin əzəmətini və onun zavala uğramaz ilahi qüdrətə təvəkkülünü bədxah düşmənlərə nümayiş etdirir və onun beynəlxalq quldurlar və hegemon dövlətlərin bəşər toplumlarını məruz qoyduğu fəsad , həqarət və istizafdan uzaq olduğunu əyani göstərir. İslama və tövhidə əsaslanan Həcc “kafirlərə qarşı çox acıqlı, bir-birlərinə isə mehribandırlar” ayəsinin inikası, müşriklərdən bəraət, möminlərlə isə ünsiyyət və vəhdət məkanıdır. Həcci ziyarət-səyahət səfəri səviyyəsinə endirənlər və “Həcci siyasiləşdirmək” iddiası ilə İranın mömin və inqilabi xalqı ilə düşmənçilik və kinlərini gizlədənlər xırda və həqir şeytanlardılar ki, böyük şeytan Amerikanın maraqlarının təhlükəyə düşməsindən qorxurlar. Bu il Allah yolundan və Məscidülhəramdan üz döndərmiş və Məhbubun Evinə gedən yolu İranın qeyrətli və mömin xalqının üzünə bağlamış Səudiyyə hökmdarları üzüqara azğınlardılar ki, zülmkar qüdrət taxtında oturmağı dünya istikbarını müdafiə etməkdən, sionizm və Amerika ilə müttəfiqlikdən və onların istəklərini yerinə yetirməkdən asılı bilib və bu yolda hər cür xəyanətə razı olurlar. Hazırda Minada baş vermiş dəhşətli faciədən bir il keçir. Orada bayram günü, ehram libasında minlərlə insan qızmar günəşin altında , susuz dodaqla və məzlumluq içərisində həlak oldu. Bir neçə gün ondan qabaq isə Məscidülhəramda ibadət, təvaf və namaz halında olan bir qrup mömin qanlarına qəltan edildi. Səudiyyə rəhbərliyi hər iki hadisəyə görə günahkardır; Bu barədə bütün şahidlərin, müşahidəçilərin və texniki təhlilçilərin ortaq rəyi mövcuddur. Hətta bəzi mütəxəssislər hadisələrin qəsdən törədildiyini istisna etmirlər. Qurban bayramında ilahi zikrlə və ilahi ayələrin tərənnümü ilə məşğul olarkən hadisəyə məruz qalan yarıcan yaralıları xilas etməkdə səhlənkarlıqları da qətidir. Daşürəkli və cinayətkar Səudiyyə hakimləri onları həlak olanlarla birlikdə bağlı konteynerlərin içində həbs etdilər, müalicə və yardım, hətta susuz dodaqlara su çatdırmaq yerinə onları şəhid etdilər. Müxtəlif ölkələrdən minlərlə ailə əzizlərini itirdi və onların xalqları matəmə qərq oldu. Şəhidlər arasında İran İslam Respublikasından 500-ə yaxın insan var idi. Ailələrin ürəyi hələ də yaralı və qəmgindir və xalq hələ də kədərli və qəzəblidir. Amma Səudiyyə hökmdarları üzrxahlıq və peşimanlıq və bu qorxunc hadisənin bilavasitə səbəbkarlarını məsuliyyətə cəlb etmək yerinə tam həyasızlıq və qəbahətlə hətta beynəlxalq islami fakt-araşdırıcı heyətin təşkilindən boyun qaçırdılar; müttəhim kürsüsündə oturmaq yerinə iddiaçı qismində çıxış edərək xəbislik və başıboşluq üzündən İslam Respublikası ilə dərin düşmənçiliklərini aşkar etdilər, küfr və imperializmə qarşı dalğalanan İslam bayrağını endirmək istədilər. Sionistlərə və Amerikaya yaltaqlanan siyasətçilərindən tutmuş açıq-aşkar Kitab və Sünnəyə zidd fitvalar verən haramxor və təqvasız müftilərinədək, hakim rejimin yalanlarını qondaran və peşəkarlıq vicdanını ayaq altına atan satqın mediaları kimi təbliğat ruporları boş yerə çalışırlar ki, İslam Respublikasını iranlı zəvvarların builki Həccdən məhrum olmalarında müqəssir göstərsinlər. Bu fitnəkar hakimlər təkfirçi və şər qruplaşmaları yaradıb təchiz etməklə İslam Dünyasını vətəndaş müharibələrinə, günahsızların qətlinə və yaralanmasına məruz qoymuşlar, Yəmən, İraq, Suriya, Liviya və bəzi digər ölkələrdə qırğınlara bais olmuşlar. Həmin bu Allahdan xəbərsiz siyasətbazlar işğalçı sionist İsrail rejiminə dostluq əlini uzadaraq fələstinlilərin canyaxan müsibətinə və əzab-əziyyətlərinə göz yummuşlar, zülm və xəyanətlərini Bəhreynin şəhər və kəndlərinə yaymışlar; böyük Mina faciəsini törədən, Hərəmlərin xadimi adı altında dinc ilahi hərəmin hörmətini saxlamayan və Pərvərdigarın qonaqlarını bayram günü Minada, ondan qabaq isə Məscidülhəramda qurbanlıq edən dinsiz və vicdansız hökmdarlar hazırda Həccin siyasi olmamasından dəm vurur və başqalarını özlərinin törətdiyi və bais olduqları böyük günaha xatir ittiham edirlər. Onlar Qurani-Kərimin göstərdiyi şəxslər zümrəsindədirlər ki, buyurur: “ Üz çevirəndə isə yer üzündə fitnə-fəsad törətməyə çalışar, əkinləri və nəsilləri məhv edər. Halbuki, Allah fitnə-fəsadı dost tutmaz. Ona Allahdan qorx deyilən zaman qürur onu günaha sövq etdirir, beləsinə cəhənnəm kifayətdir. Ora isə necə yaman pis bir yataqdır.”Bu il də bəzi məlumatlara əsasən, iranlı və bir sıra digər millətlərin yolunu sədd etməklə yanaşı digər ölkələrin zəvvarlarını Amerika və sionist rejimin casusluq orqanlarının köməyi ilə qeyri-adi nəzarətdə saxlayaraq dinc Allah Evini hamıya təhlükəli etmişlər. İslam Dünyası, müsəlman dövlətləri və xalqları səudiyyə hökmdarlarını tanımalı, onların nəzakətsiz, imansız, asılı və maddi mahiyyətlərini düzgün dərk etməli, İslam Dünyası səviyyəsində törətdikləri cinayətlərinə xatir onların yaxasından tutmalı və onların Ərrəhman qonaqları ilə zalımcasına rəftarlarına xatir Müqəddəs Hərəmlərin idarəçiliyinə və Həcc məsələsinə əsaslı fikirləşməlidirlər. Bu vəzifədə səhlənkarlıq İslam ümmətinin gələcəyini daha böyük problemlərlə üzləşdirə bilər.
Müsəlman qardaşlar və bacılar! Bu il iranlı müştaq və ixlaslı hacıların Həcc mərasimində yeri boşdur, lakin onlar öz qəlbləri ilə dünyanın hər yerindən gələn hacıların yanında olaraq onların vəziyyətindən nigarandırlar, dua edirlər ki, məlun tağutlar şəcərəsi onlara ziyan yetirməsin. Dualarınızda, ibadətlərdə və minacatlarınızda iranlı qardaşlarınızı və bacılarınızı yad edin, İslam camiələrinin problemlərdən xilas olması, İslam ümmətindən mütəkəbbirlər və sionistlərin, onların əlaltılarının şərinin dəf olması üçün dua edin.
Mən Mina və Məscidülhəram şəhidlərinin, 1987-ci ildə isə Məkkədə şəhid olanların xatirəsini əzizləyirəm, Allah Taaladan onlara məğfirət, rəhmət və ülvi dərəcələr diləyirəm və Həzrəti Bəqiyyətullah Əzəm (ruhi ləhul-fida)-nı salamlayaraq İslam ümmətinin başıucalığı və müsəlmanların fitnə və şərdən xilas olmaları üçün o Həzrətin müstəcab duasını tələb edirəm.
و باللّه التّوفیق و علیه التّکلان
Seyid Əli Xamenei 30 zilqədə 1437; 2 sentyabr 2016