Ruhanilərin mühüm vəzifəsi; şübhələrə cavab və dünyəvilik planı ilə mübarizədir
İslam İnqilabının Böyük Rəhbəri ruhanilərin birinci və ən mühüm vəzifələrini, dünyəvilik və ismətin aradan götürülməsi ilə mübarizə adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün dini elmlər hövzələrinin yeni təhsil ilində xarici-fiqh dərsinin əvvəlində xalqın və gənclərin zehin və ürəklərini din prinsipindən yayındırmaq üzrə geniş planların mövcud olmasına toxunaraq, vurğulayıblar: Dini Elmlər Hövzələri və ruhanilər virtula mühiti tanımaq və onun fürsətlərindən istifadə etməklə islami maarif və anlamları bəyan etməldiirlər.
Həzrət Ayətullahuluzma Xamenei dini məsələlərin təbliği və bəyanında vəzifə və mövqeyin tanınmasının önəmini vurğulayaraq, belə qeyd ediblər: Əgər vəzifə düzgün tanınmazsa, elm, təqva və hətta şücaət də müsbət və gözlənilən təsiri verməyəcəkdir.
O həzrət xalqın imanı və etiqadına qarşı çəkilən böyük xərclərə və hazırlanan geniş planlara toxunaraq, deyiblər: Düşmən şübhələr yaratmaq və yaymaq, həmçinin ismət və həyaya qarşı məzmun yaratmaqla mömin və sağlam gəncləri din prinsipindən yayındırmaq, həya pərdələrini pozmaq ardıncadır və bu gün bu iş, virtual mühitdə həyata keçirilir.
Həzrət Ayətullahuluzma Xamenei bu planla mübarizəni ruhanilərin birinci və ən mühüm vəzifəsi adlandırıblar və belə əlavə ediblər: Dini Elmlər Hövzələri və din biliciləri düşmənin böyük qoşunu ilə qarşılaşma qabiliyyətini özlərində yaratmalıdırlar.