Sen 07, 2016 14:19 Asia/Baku
  • İnqilab Rəhbəri: İslam Dünyası Ali-Səudun yaxasından yapışmalıdır

İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Əgər Ərəbistan başçıları Mina faciəsində müqəssir olmadıqlarına inanırlarsa, o zaman islami-beynəlxalq bir faktaraşdırıcı komitənin bu ölkəyə səfər etməsinə və baş vermiş hadisə ilə bağlı həqiqətləri üzə çıxartmasına icazəversinlər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei Mina hadisəsində 7000-dən çox Allah evi zəvvarının həlak olmasına işarə edərək, ölkələr və dövlətlərin nə üçün bu böyük və təəssüf doğuran hadisəyə heç bir reaksiya vermədikləri barədə ciddi bir sual irəli sürüblər.

O həzrət dövlətlər , din alimləri, siyasi fəallar, ziyalılar və ictimai xadimlərin 7000 günahsız insanın şəhid olması qarşısında sükut etmələrini "İslam Ümmətinin Böyük Bəlası" adlandırıb və deyiblər: Mina faciəsi kimi böyük və ağrılı hadisələrə laqeyd münasibət bəsləmək İslam Dünyası üçün həqiqi bir müsibətdir.

İslam İnqilabının Böyük Rəhbəri Ərəbistan başçılarının baş vermiş hadisəyə görə hətta sadə bir üzrxahlıqdan belə çəkinmələrini həyasızlıq və ləyaqətsizliyin zirvəsi adlandırıb və deyiblər: Hətta, bu hadisə qəsdən törədilmiş olmasaydı belə, belə bir səviyyədə məsuliyyətsizlik və bacarıqsızlıq bir hökumət və siyasi quruluş üçün cinayət sayılır.

O həzrət Mina faciəsinin digər cəhətini insan haqları iddiaçılarının sükutu adlandıraraq, insan haqlarını müdafiə iddiasında olan təşkilatların bəzi ökələrdə edam hökmünün icrası ilə bağlı siyasi-təbliğat qalmaqallarını xatırladıblar: "Bir hökumətin öz vəzifəsinə əməl etməkdə səhlənkarlığa yol verməsi və buna görə 7000 insanın həyatını itirməsi qarşısındakı sükut insan haqları iddiasında olanların yalançı mahiyyətini ifşa etmiş oldu və beynəlxalq təşkilatlara və qrumlara ümid bəsləyənlər bu acı həqiqətdən dərs almalıdırlar.

Həzrət Ayətullahülüzma Xamnei faktaraşdırıcı bir komitənin təşkil edilməsini İslam ölkələri və insan haqları iddiaçılarının əsas vəzifələrindən biri adlandırıb və deyiblər: Mina faciəsindən bir ilin ötməsinə baxmayaraq, hadisə ilə bağlı şahid ifadələri, video görüntülər, audio yazılar və digər faktlar həqiqətlərə aydınlıq gətirməyə kömək edə bilər.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin, Ali-Səudu himayə edənləri bu rejimin Minada törətdiyi cinayətin şərikləri adlandırıb və deyiblər: Ərəbistanın həyasız rejimi ABŞ-ın dəstəyi ilə müsəlmanlar qarşısında şərəfsiz şəkildə dayanıb və Yəməndə, Suriyada, İraqda və Bəhreyndə müsəlmanların qanlarını axıdır. Buna görə də Amerika və Ər-Riyadı himayə edən digər ölkələr Ali-Səudun cinayətlərinə görə məsuliyyət daşıyırlar.

Teqlər