Sen 09, 2016 16:57 Asia/Baku
  • İranda cümə namazı iştirakçıları Ali-Səudun cinayətlərini pisləyən aksiya keçiriblər
    İranda cümə namazı iştirakçıları Ali-Səudun cinayətlərini pisləyən aksiya keçiriblər

İslami İran xalqı bu gün cümə namazı qıldıqdan sonra Ali-Səudun cinayətlərini pisləyən aksiya keçirib.

İslam ümmətinin mənfur Ali-Səud rejiminin cinayətləri əleyhinə hiddət fəryadı bu gün bütün İranda ucalıb və bu ölkənin müxtəlif şəhərlərində cümə namazı iştirakçıları Ali-Səudun müsəlmanlar qarşısındakı cinayətlərinə qarşı öz nifrətlərini bildiriblər.

İran xalqı bu aksiyada həmçinin Bəhreyndə Ali-Xəlifənin bu ölkənin müsəlman xalqına qarşı cinayətlərinə etiraz edib və insan haqlarını müdafiə iddiasında olanları bu cinayətlər qarşısında real hərəkətə çağırıb.

Aksiya iştirakçıları "Ali-Süqut"a ölüm!" , "Ali-Xəlifəyə ölüm!","İsrail rejiminə ölüm!" və "Amerikaya ölüm!" şüarları ilə bu rejmlərin cinayətlərini pisləyiblər.

İran xalqı habelə "Mina şəhidlərinin xatirəsi əziz olsun!" şüarı ilə bu faciədə həlak olanların ailələrinin kədərinə şərik çıxaraq, Ali-Səud-un cinayətlərinə qarşı öz hiddətini bildirib.

Teqlər