Sen 26, 2016 21:00 Asia/Baku
  • Vyanada Əli Əkbər Salehi və Ernest Moniz görüşü
    Vyanada Əli Əkbər Salehi və Ernest Moniz görüşü

İran İslam Respubliası Atom Enerjisi Təşkilatının sədri və ABŞ-ın energetika naziri nüvə anlaşması qarşısında tərəflərin üzərlərinə düşən öhdəliklərə əməl etmələri üzrə rəftarları barədə danışıqlar aparıblar.

İRNA-nın məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin(AEBA) Vyanada keçirilən 60-cı iclasının kənarında jurnalistlər qarşısında deyib: Dünən bazar günü ABŞ-ın energetika naziri Ernest Moniz ilə görüşdə nüvə anlaşması qarşısnda duran maneələr araşdırıldı. 

Salehi əlavə edib: Bu gün də Ernest Moniz ilə Vyanada görüşümüzün olması gözlənilir. Bu görüşdə tərəfləri maraqlandıran mövzular araşdırılacaq. 

İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin, bu gün günortadan sonra rusiyalı həmkarı ilə görüşməlidir. Daha sonra AEBA-nın baş direktoru Yokio Amano ilə görüş planlaşdırılıb. 

AEBA-nın 60-cı iclası 168 üzv ölkənin nümayəndələrinin iştirakı ilə bazar ertəsi günündən etibarən Vyanada işə başlayıb. İclas 5 gün davam edəcək. 

Əli Əkbər Salehi bazar ertəsi günü bu iclasda çıxışı zamanı AEBA-nın İsrailin qeyri-qanuni nüvə fəaliyyətlərinə nəzarətini vacib məqam adlandırıb və bu məsələnin AEBA-nın Direktorlar Şurasının iş gündəminə salınmasını vurğulayıb. 

Teqlər