Sen 28, 2016 17:31 Asia/Baku
  • Bəhram Qasimi
    Bəhram Qasimi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib: Fransanın səhv siyasətləri Suriyadakı böhranın yaranmasına gətirib çıxarıb.

İran XİN mətbuat xidmətinin verdiyi məlumata görə, İranın XİN sözçüsü Bəhram Qasimi bu gün Fransanın xarici işlər nazirinin BMT-nin Təhlükəsizlik Şurasının Suriya barədəki iclasında etdiyi çıxışına münasibət bildirərkən deyib: Hamıya bəllidir ki, özünün yanlış siyasətləri ilə Suriyada yaranan hazırkı böhrana, onun mürəkkəbləşməsinə və gərginləşməsinə səbəb olan ölkələrdən biri də Fransadır və Fransa XİN başçısının son sözləri həqiqəti əks etdirmir və gözlənilməzdir. 

Bəhram Qasimi deyib: İranın region ölkələrinə mənəvi nüfuzundan terrorçularla mübarizə üçün istifadə olunur, hansı ki bəzi qərb ölkələri, xüsusi ilə də Fransa onların cinayətləri ilə yaxşı tanışdırlar. 

Qasimi deyib: Qərb dövlətləri bu mövzunu başa düşərək İrandan bu nüfuzundan dünyada terrorizm ilə mübarizənin ön cəbhəsinin döyüşçülərinə qarşı istifadə etməsini istəməməlidirlər. 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Fransanın xarici işlər naziri regionun son on illiklərinin tarixini, özəlliklə də Fransanın dovlət başçılarının Səddam kimi cinayətkarlara İrana qarşı təcavüzkar müharibəsi və Küveyti işğal etməsində verdikləri hərbi dəstəklərini nəzərdən keçirsələr, hərbi cinayətkarlar, eləcə də region və dünyada terrorçuların bugünkü himayədarları barədə daha real baxışa malik olacaqlar.  

Teqlər