Sen 30, 2016 14:31 Asia/Baku
  • Ayətullah Məhəmməd İmami Kaşani
    Ayətullah Məhəmməd İmami Kaşani

Tehranın bu həftəki cümə namazının xətibi İran İslam Respublikası Silahlı Qüvvələrinin Müqəddəs Müdafiə dövründəki şücaətini alqışlayaraq bildirib: Silahlı Qüvvələr islam dəyərləri və ictimaiyyətin təhlükəsizliyinin qorunması çərçivəsində hərəkət etməkdədirlər.

Tehranın bu həftəki cümə namazının xütbələrində Ayətullah Məhəmməd İmami Kaşani İranda Müqəddəs Müdafiə Həftəsinin keçirilməsinə toxunaraq deyib: Bu gün İrana hakim diqqətəlayiq təhlükəsizlik İslam Respublikası Silahlı Qüvvələrinin səylərinə borcludur. Silahlı Qüvvələr İranın ərazi bütövlüyü və islam dəyərlərinin keşiyində durmuş və  var-gücləri ilə çalışmışdır. 

Ayətullah İmami Kaşani islam dünyasının hazırda terrorçu və təkfirçi qruplaşmaları dəstəkləyən bəzi qərb və ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanının məkrli planları ilə üzləşdiyinə toxunaraq deyib: Müsəlman xalqlar bu məkrli planlara təslim olmamalı və fiqh əsaslarına əsasən bu sahədə çarə tapmalıdırlar.

Tehranın bu həftəki cümə namazı xətibi bütün islam və ərəb ölkələrinə xitabən xəbərdarlıq edib ki, Səudiyyə Ərəbistanı terrorçu və təkfirçi qruplaşmaları dəstəkləməklə sionist rejim və ABŞ-ın regiondakı qeyri-qanuni məqsədləri və tələblərini gerçəkləşdirməyə çalışır.

Ayətullah İmami Kaşani Vilayət Fəqihi islam ictimaiyyətinin ümid mənbəyi adlandırıb və deyib: Vilayət Fəqih elmi sübutlardan əlavə, ictimai aspektən də ümidvericidir.

Tehranın müvəqqəti imam cüməsi ümidvarlıq edib ki, İran İslam Respublikası və digər islam ölkələri tam təhlükəsizlik və stabillikdə olacaq və iqtidarla bütün sahələrdə inkişaf və nailiyyət çərçivəsində böyük addımlar atacaqlar.

Teqlər