Sen 30, 2016 16:59 Asia/Baku
  • İran şimal-cənub dəhlizinin fəallaşmasını vurğulayıb
    İran şimal-cənub dəhlizinin fəallaşmasını vurğulayıb

İran İslam Respublikasının yol və şəhərsalma naziri dəniz nəqliyyatının genişləndirilməsinin şimal-cənub dəhlizinin fəalllaşmasına gətirib çıxaracağını bildirib.

Abbas Axundi bu gün Hindistanda Cəvahir Ləl Nehru limanına baxış keçirərkən İRNA-nın müxbirinə verdiyi müsahibədə İran ilə Hindistan arsında limanlar və gəmiçilik sahəsindəki əməkdaşlıqların genişləndirilməsini vurğulayaraq deyib: Gəmiçilik reylslərinin fəallaşması və iri gəmilərin İran limanlarında yüklənməsi şimal-cənub dəhlizinin tezliklə fəallaşmasına şərait yaradıb. 

Axundi Hindistanın ən iri limanlarından olan Cəvahir Ləl Nehru limanı ilə əməkdaşlıqların genişləndirilməsinin İran üçün prioritet təşkil etdiyini xatırladıb və deyib: Hindistanın gəmiçilik reylsərinin rəsmiləri ilə görüşdə Hindistanın iri gəmilərinin Fars körfəzində lövbər salması mövzusu da müzakirə edildi. 

İranın yol və şəhərsalma naziri Rusiyaya mal tranziti üçün ən əlverişli istiqamətin şimal-cənub dəhlizi olduğunu bildirərək deyib: Şimal-cənub dəhlizi vasitəsi ilə  Hindistandan Rusiyaya mal tranzitinin müddəti yarıya endirilir. 

Teqlər