Dini elmlər hövzəsində strateji araşdırmalar mərkəzinin yaradılması layihəsinin işlənib hazırlanması zəruridir
İslam İnqilabının Böyük Rəhbəri "Dəyişiklik layihəsinin hazırlanması"nı hazırkı şəraitdə dini elmlər hövzəsində mühüm ehtiyaclardan adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər dini elmlər hövzələrinin ali şuralarının üzvləri ilə görüşdə dini elmlər hövzəsini islami hökumətdən ayrılmaz bir qurum adlandırıblar.
Həzrət Ayətullahuluzma Xamenei islami hökumətin cəmiyyətin dərinliyi, həmçinin həyatın müxrtəlif cəhətlərində islami ehkam və maarifin davam etməsi üçün "günün tələbləri ilə tanış olan, dinamik və yenilikçi, elm sahibi və son dərəcə bilikli" dini elmlər hövzəsinə ehtiyaclı olduğunu bildirərək, deyiblər: Hazırkı şəraitdə dini elmlər hövzəsinin ehtiyaclarından bir qismi hövzədə "dəyişiklik layihəsinin hazırlanması", eləcə də bu dəyişiklik layihəsi və nəzərdə tutulan hədəflər əsasında uzunmüddətli, dəqiq və zaman cədvəlinə malik proqramlaşdırmadır.
O həzrət dini elmlər hövzəsinin müxtəlif sahələrdə, xüsusən elm öyrənmə və elm öyrətmə, icra və hökumət sahələrində proqramlaşdırmaların islami hökumətlə əlaqənin gücləndirilməsi və himayəsi hədəfilə olmalı olduğunu vurğulayaraq, söyləyiblər: Dini elmlər hövzəsi islami hökmün həyata keçrilməsinə bir dayaqdır. Buna görə, əgər islami hökumət islami hökmü yaxşı icra edərsə, dini elmlər hövzəsi bütün vücudu ilə onu himayə etməli və əgər səhvə yol verərsə, xatırlatmalıdır.
İslam İnqilabının Böyük Rəhbəri dini elmlər hövzəsi üçün "uzunmüddətli proqram"ı zəruri adlandırıb və belə əlavə ediblər: Bu proqramlaşdırmada hədəflər tamamilə aydın, əldəolunası və zaman cədvəlinə malik olmalıdırlar. Belə ki, proqram say baxımından ölçüləsi və elastikliyə malik olmalıdır.
Həzrət Ayətullahuluzma Xamenei dini elmlər hövzəsinin uzunmüddətli proqramının "hövzədə dəyişiklik layihəsi"nə söykənməli olmasını vurğulayaraq, deyiblər: Hövzədən olan huşlu alimlər və elitadan ibarət bir "strateji araşdırmalar mərkəzi" yaradılmalı və dəyişiklik proqramı və hövzənin digər strateji proqramları bu mərkəzdə işlənib hazırlanmalıdır.