İran ilə Almaniya arasında 10 sənəd imzalanıb
Tehranda İran ilə Almaniya arasında müxtəlif sahələrdə 10 sənəd imzalanıb.
İRİB-nin verdiyi məlumata görə, bu gün İranın iqtisadiyyat və maliyyə naziri ilə Almaniyanın iqtisadiyyat və energetika nazirinin iştirakı ilə keçirilən iki ölkənin müştərək əməkdaşlıq komisiyasının 5-ci iclasında tərəflər 5 əməkdaşlıq memorandumu imzalayıblar.
İran ilə Almaniya arasında investisiya, bank üzrə texniki təlimat xidmətləri, sənaye və ticarət, neft, qaz və enerji sahələri, texniki və elmi qabiliyyətlərin mübadiləsi, neft, qaz və neft-kimiya sənayesinin avadanlıqlarının istehsalı, su şəbəkələrinin quraşdırılması və sənayenin digər sahələri üzrə anlaşma sənədləri imzalanıb.
Eləcə də İran Sprial ilə Almaniyanın SMS, İranın Monneko və Almaniyanın Mitsubişi Hittaçi, İranın İsfahan kərpiç və Almaniyanın Klor şirkətləri arasında 5 əməkdaşlıq müqaviləsi imzalanıb.