Sərdar Qasım Süleymani: İŞİD "Xəvaric"dən də pisdir
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds Batalyonu komandanı Kərbəlada baş verən bütün hadisələrin bəşəriyyət üçün dərman olduğunu deyərək, İŞİD-in İmam Əlinin(ə) zamanındakı "Xəvaric"dən də pis olduğunu bildirib.
Ordu komandiri Qasım Süleymani çərşənbə günü axşam şəhid ordu komandiri Həmədani-nin anım mərasimində deyib: İŞİD baş kəsmək üçün olan iti qılınclarını əsirlərin boğazlarına dayadı. Amma, bu insanlar öz məzhəblərindən dönmədilər. Bütün bunlar Kərbəlanın təsirləridir.
Ordu komandiri Süleymani İmam Hüseynin(ə) şüarı və hərəkətinin ilk andan sonuna qədər dəyişməz olduğunu deyərək, əlavə edib: Kərbəla və Aşura İraq və Suriyadakı döyüş meydanlarında böyük təsirlərə malik olub.
O, daha sonra deyib: İmam Hüseyn(ə) mədəniyyəti daim bizi qalib edib. Bu mədəniyyət dünən sadəcə İran şöbəsinə malik idi. Amma, bu gün digər şöbələrə də malikdir. Və Yəmən Ənsarullahı həmçinin, İraqdakı könüllü xalq qüvvələri İmam Hüseyndən(ə) ilham alır.