İstedadlar islam inqilabının böyük rəhbəri ilə görüşüblər
İslam inqilabının böyük rəbhbəri qloballaşma mövzusu və Amerika və Avropanın İranı dünyaya inteqrasiyaya çağırmalarının asılılıq mədəniyyətinin yenidən istehsalının bariz nümunəsi olduğunu bildiriblər.
İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bu gün elmi istedadlarla görüşündə xatırladıblar: Qərbin dünyaya inteqrasiya adlandırdığı cərəyana qoşulmaqla müxalifət, xaric ilə əlaqələrə qarşı çıxmaq demək deyil, əslində bu super güclərin ölkənin siyasəti, iqtisadiyyatı və təhlükəsizliyinə qəbul etdirmək istədiyi mədəniyyət qarşısında müqavimətdir.
Həzrət Ayətullahül-üzma Xamenei şeytani güclərin hər hansı müxalif hərəkətə düşmən olduqlarını bildirərək xatırladıblar: Bir Amerika rəsmisinin, müqaviməti dəstəkləməsinə görə İrana qarşı sanksiyaların davam etdirilməsi təklifi, Amerikaya olan bədbinliyin reallığıdır.
İslam inqilabının böyük rəhbəri, Avropa Birliyinin İranın böyük potensiallarına toxunan son bəyanatını xatırladaraq deyiblər: İranın tərəqqi imkanları, təbii və insani resursları barədə deyilənlər boş sözlər deyil, bunlar qərbin də etiraf etdiyi reallıqlardır.
İslam inqilabının böyük rəhbəri təkidlə bildiriblər: Amerikanlar mütləq belə bir tərəqqi imkanı və islam təməlli hökuməti olan İranla mübarizə edəcəklər və bu önəmli cəhətin gənc istedadlar tərəfindən dərk və təhlil edilməsi onların üzərinə düşən tarixi vəzifələrini yerinə yetirməkdə yardımçı olacaq.
Həzrət Ayətullahül-üzma Xamenei bəşəriyyətin bu gün düçar olduğu müsibətlər və problemlərə, maddi düşüncələrin dalana dirənməsinə toxunaraq, dünyanın bəşəri və beynəlxalq məsələlərdə yeni bir ideyaya ehtiyaclı olduğunu vurğulayaraq bildiriblər: ABŞ-da seçki rəqabətləri və prezidentliyə iki namzəd arasında gedən deyişmələrdə əksini tapan mövzular güc sahiblərində mənəvi və iman boşluğunun aşkar nümunəsidir.
İslam inqilabının böyük rəhbəri xatırladıblar: Qarşıdakı həftələrdə bu namzədlərdən biri gücə, sərvətə, atom silahlarına və dünyanın ən iri medialarına malik olan bir ölkənin prezidenti olacaq.
Həzrət Ayətullahül-üzma Xamenei dövlət rəsmilərinin gənc istedadlara xüsusi diqqət ayırmasının vacibliyinin səbəblərini açıqlayaraq, bunu İslam Respublikasının qarşısında duran böyük məqsədlər sırasında duran məsələlərdən adlandırıb və deyiblər: İran İslam Respublikası inkişaf etmiş, güclü, şərəfli, yeni idealı, izzətli, izzət hissinə malik, mənəviyyət və imanla aşıb daşan, yeni islam sivilizasiyası bayrağını ucaldan ölkəyə çevrilməlidir.
Həzrət Ayətullahül-üzma Xamenei İranda elmi hərəkətin dayandırılmasını düşmənlərin əsas məqsədi adlandırıb və bildiriblər: Bu məqsədi reallaşdırmaqda nakam qalarlarsa, onu yolundan yayındırmağa cəhd göstərəcəklər, bu da alınmazsa onu bədnam etmək və ləkələmək üzərində işləyəcəklər.
İslam inqilabının böyük rəhbəri beynəlxalq mərkəzlərin hesabatlarına istinadla İranın elmi inkişafının müəyyən bir dövrdə dünyanın orta göstəricisindən 13 dəfə çox olduğunu və bu sahədə sürətin azalmaması, əksinə daha da artmalı olduğnu vurğulayıblar.
İslam inqilabının böyük rəhbəri həmçinin gənc istedadları Allahın dəyərli hədiyyələri və dövlət rəsmiləri üçün əmanəti adlandıraraq , elmi camiə və istedadları müdafiəsindən bir an belə əsirgəməyəcəklərini bildiriblər.