Okt 19, 2016 18:27 Asia/Baku
  • İran ordusunun dəniz qoşunlarının iki gəmisi Bakı limanında
    İran ordusunun dəniz qoşunlarının iki gəmisi Bakı limanında

İran İslam Respublikası ordusu dəniz qoşunlarının iki hərbi gəmisi bu gün səhər Azərbaycan Respublikası ordusunun dəniz qoşunlarının yüksək rütbəli komandanları və İranın Azərbaycan Respublikasındakı səfiri və digər diplomatları tərəfindən qarşılanaraq Bakı limanında lövbər salıb.

Dəmavənd və Cövşən hərbi gəmiləri sülh və dostluq müraciəti daşıyaraq Bakı sahillərində lövbər salıblar. 

İranın Bakıdakı səfirliyinin hərbi attaşşesi polkovnik Seyfi bu barədə deyib: Bu hərbi gəmilər xəzəryanı ölkələrə xüsusi ilə dost və qonşu Azərbaycan Respublikasına sülh və dostluq müraciəti ilə Bakı limanına daxil olub. 

Polkovnik Seyfi regiondan kənar güclər olmadan Xəzər dənizinin təhlükəsizliyinin təmini, Xəzər regionunda hər hansı iqtisadi fəaliyyət üçün zəmin yaratmaq və bu hövzədə əməkdaşlıqların genişləndirilməsi istiqamətində səyləri artırmaq mövzuları üzərində fikir mübadiləsi aparmağın İran gəmilərinin Bakıya səfərinin əsas məqsədləri olduğunu deyib. O bildirib: Bu xüsusda ötən il Sankt Petersburqda keçirilən xəzəryanı ölkələrin dəniz qoşunları komandanlarının iclasıda bir razılaşma sənədi imzalanmışdı. 

Azərbaycan Respublikası dəniz qoşunlarının qərargahı rəisi Şahin Məmmədov da İran gəmilərinin Bakıya səfərini iki ölkə arasında dostluq əlaqələrinin göstəricisi hesab edərək bu hadisənin böyük tarixi əhəmiyyətə malik olduğunu, bütün xəzəryanı ölkələr üçün sülh və təhlükəsizlik müraciətini daşıdığını deyib. 

Şahin Məmmədov xəzəryanı ölkələrin hərbi gəmilərinin biri birinə səfərlərini regionda təhlükəsizliyin təminində təsirli olduğunu bildirib və gələcəkdə Azərbaycan Respublikasının hərbi gəmilərinin də İrana səfər edəcəyini xatırladıb. 

Azərbaycan Respublikası dəniz qoşunlarının qərargah rəisi deyib: İran İslam Respublikasının hərbi gəmilərinin Bakı sahilində olduğu müddətdə mədəni və təlim proqramları eləcə də müştərək iclaslar təşkil olunacaq. 

Qeyd edək ki, Bu İran İslam Respublikasından Azərbaycan Respublikasına gedən ilk hərbi gəmilərdir. Bu gəmilər üç gün müddətində Bakı sahillərində qalacaq.

Teqlər