İran və Rusiya dəniz qüvvələri Xəzərdə təhlükəsizliyin təmin edilməsinə səy göstərirlər
-
İran və Rusiya dəniz qüvvələri Xəzərdə təhlükəsizliyin təmin edilməsinə səy göstərirlər
İran İslam Respublikası və Rusiya Xəzər dənizinin təhlükəsizliyini təmin etmək məqsədi ilə əməkdalıqları genişləndirirlər.
İRNA-nın verdiyi məlumata görə, Ənzəli limanına yan alan Rusiya hərbi dəniz bölməsinin komandanı birinci dəniz kapitanı Sergey Aleksandroviç Babskov Ənzəli limanındakı 2 günlük missiyasının başa çatmasının ardınca cümə axşamı deyib: Bu missiya yazamanı İran ordusu Dəniz Qüvvələrinin şimal donanması komandanı ilə Xəzər dənizində təhlükəsizliyin qorunması üzrə əməkdaşlıqların davam etdirilməsi barədə faydalı müzakirələrimiz oldu.
Rusiyalı hərbçi Ənzəli limanını inkişaf halında olan müasir tipli bir liman adlandırıb və deyib: Rusiya hərbi dəniz bölməsi sülh və dostluq missiyasının davamında İran sularını tərk etdikdən sonra, Qazaxıstanın Oktau limanına doğru hərəkət edəcək.
İran ordusu Dəniz Qüvvələrinin şimal donanmasının komandan əvəzi birinci dəniz kapitanı Baqeri də Rusiya hərbi dəniz bölməsinin yola salınması mərasimində deyib: Xəzəryanı ölkələr arasında əməkdaşlıqların genişləndirilməsi davamlı sülh, təhlükəsizlik və dostluq münasibətlərinin davam etməsinə şərait yaratmış olacaq.
Birinci dəniz kapitanı Baqeri həmçinin deyib: Rusiyanın dəvəti əsasında İranın şimal donanması da yaxın gələcəkdə bu ölkəyə səfər təşkil edəcək.
Rusiya ordusu Dəniz Qüvvələrinin dostluq gəmi qrupu "Tatarıstan" raketatan gəmisi və "Qradsoyajsk" raketatan krayserindən ibarət olub. Bu gəmi qrupu Xəzəryanı ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində çərşənbə axşamı İranın Ənzəli limanına yan almışdı.
Bu, Rusiya hərbi dəniz donanmasının İran sahillərinə yan alan 4-cü dostluq gəmi qrupudur. Bundan öncə 2007, 2012 və 2013-cü illərdə də Rusiyanın dostluq gəmi qrupu İran sularında lövbər atmışdı.