Okt 21, 2016 16:25 Asia/Baku
  • Bəhran Qasimi
    Bəhran Qasimi

İran İslam Resplikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İŞİD terrorçularının İraqın Kərkük şəhərinə hücumlarını pisləyib.

İİR XİN-in mətbuat xidmətindən verilən məlumata görə, XİN sözçüsü Bəhran Qasimi deyib: İraqda terrorçular son nəfəslərini alırlar və onların tərəfindən kor terrorların törədilməsi və mülkinin qırğın edilməsi onların döyüş meydanındakı öz məğlubiyyətlərinin intiqamını almaq xarakteri daşıyır. 

Qasimi Kərkükdə törədilən cinayətdə həlak olan və yaralanan iranlıların sayı barədə isə deyib: İran İslam Respublikasının İraqın Süleymaniyyə şəhərindəki baş konsulluğu mövzu barədə araşdıram aparır amma ilkin məlumatlara görə, 4 iranlı şəhid olub 3 nəfər də yaralanıb, ancaq dəqiq məlumatlar əldə olunduğunda ümumi fikrin diqqətinə çatdırılacaq. 

İİR XİN sözçüsü bu vəhşi hərəkətdən təəssüfləndiyi və kəskin şəkildə ona nifrət etdiyini bildirərək Kərkükdə baş verən terrorçu hücumlar nəticəsində şəhid olan iranlıların ailələrinə baş sağlığı verib. 

Bu gün İŞİD terrorçularının İraqın şimalında yerləşən Kərkük şəhərinə hücumunda ən azı 16 nəfər həlak olub, onlardan 4-ü iranlı mühəndislər olublar. 

İŞİD terrorçuları Kərkükdə dövlət binalarına , polis qərargahlarına, eləcə də patrul müşahidə dəstələri və yoxlama-buraxılış məntəqələrinə hücum ediblər.  

Teqlər