Okt 26, 2016 11:40 Asia/Baku
  • Qulaməli Xoşru
    Qulaməli Xoşru

İran İslam Respublikası sülhməramlı missiyalara locestik xidmətlər və hərbi qüvvələrlə yardım etməyə hazır olduğunu bildirib.

İRİB-nin verdiyi məlumata görə, İranın BMT-dəki nümayəndəsi Qulaməli Xoşru dünən BMT-nin baş assambleyasının 4-cü komitəsində etdiyi çıxışında sülhü mühafizə əməliyyatı barədə deyib: Sülhü mühafizə əməliyyatlarının qarşısında duran problemlərin aradan qaldırılması mexanizmlərinin yaradılması, sülhməramlıların göndərilməsi yaxud missiyalarının müddətinin uzadılması BMT nizamnaməsində dərc olunmuş hədəflərə diqqət və hörmətlə həyata keçirilməlidir. 

Xoşru deyib: Toqquşan tərəflərin razılığına riayət , özünü müdafiyədən başqa hallarda gücdən istifadə etməmək, tərəfsizlik, bütün dövlətlərin hakimiyyət bərabərliyi, siyasi müstəqillik və ərazi bütövlüyü prinsipinə hörmət və ölkələrin daxili işlərinə müdaxilə etməməyin tam diqqətə alınmalı olduğunu vurğulayıb. 

İranın BMT-dəki nümayəndəsi deyib: Mülkilərə dəstək evsahibliyi edən ölkələrin ilk məsuliyyətidir və sühlü mühafizə əməliyyatı mülkiyə dəstək sahəsində milli səyləri himayə etməlidir. 

Xoşru deyib: Birləşmiş Millətlər yaxud hər hansı başqa əcnəbi qüvvə tərəfindən mülkini müdafiə adı altında hər hansı hərbi müdaxilə qəbuledilməzdir və sülhməramlılar tərəfindən seksual istismar hallarına diqqət yetirilməli bu kimi halların qarşısı alınmalıdır. 

Teqlər