İnqilab Rəhbəri: ABŞ dövlətinin zatı tamahkarlıqdır
İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Bu gün dünyanın hər hansı bir nöqtəsində, hər hansı bir xalq zorakı və zalım hökumət əleyhinə qiyam edirsə, ilk şüarı "Amerikaya ölüm" olur.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər "13 Aban" məkətbli günü və beynəlxalq hegemonçuluq ilə milli mübarizə günü ərəfəsində minlərlə məktəbli və tələbə ilə görüşdə deyiblər: Hegemonçu ABŞ dövlətinin siyasəti və zatı tamahkarlıq üzərində qurulub və uzun illər dünyanın müxtəlif nöqtələrində xüsusi ilə də Asiyanın qərbi və İslam İnqilabından öncəki İranda bu siyasəti izləyib. Buna görə də, elə inqilabın ilk aylarında ən az qəflətə yol verilirdi və İmam ABŞ-ın qarşısında dayanmasaydı, qapıdan qovulan düşmən, pəncərədən girəcəkdi.
O həzrət Amerikada prezident seçkilərinə namizədlər arasındakı debatlara işarə edərək, deyiblər: Bu iki namizəd bu günlər ABŞ-ın daxilində mövcud olan həqiqətləri və faciələri aşkar formada ifşa edirlər. Əlbəttə, biz daha öncə bunun çox az bir hissəsini bəyan etmişdik. Amma, bəziləri buna inanmırdılar və ya inanmaq istəmirdilər. İndi isə bu iki namizədin debatlarda dedikləri Amerikada insani dəyərlərin öldüyünə dəlalət edir.
İslam İnqilabının Böyük Rəhbəri Amerikada prezident seçkilərinə namizədlərin debatlarında irqçilik və yoxsulluq barədə deyilənlərə, Amerikada sərvətin 90%-nin 1%-ə aid olması barədə səsləndirilən fikirlərə istinad edərək, deyiblər: İnsan haqları və insani dəyərlərin ayaqlar altında tapdalanması, irqçilik və ayrı-seçkilik bu gün Amerika ictimaiyyətinə hakim kəsilmiş gerçəkliklərdir.
İnqilab Rəhbəri əlavə ediblər: Əgər İran xalqı İmamın dövründə ABŞ-ın qarşısında dayanıbsa və bu gün də ABŞ əleyhinə şüar verirsə, onun qarşısında mqavimət göstərirsə, bu, möhkəm və güclü bir məntiqə əsasındadır.
İslam İnqilabının Böyük Rəhbəri mühüm beynəlxalq mərkəzlərin və hətta, amerikalıların özlərinin Amerikada iqtisadi, siyasi, beynəlxalq və əxlaqi böhranların olduğunu etiraf etmələrinə işarə edərək, deyiblər: Bu gün ABŞ-ın borcları bu ölkənin ümum milli istehsal miqdarına bərabərdir. Və beynəlxalq göstəricilərə əsasən bu böhran deməkdir.
O həzrət ABŞ-da mövcud olan siyasi böhran barəsində də deyiblər: Bu gün dünyanın hər hansı bir yerində, hər hansı bir xalq zalım hökumət əleyhinə qiyam etdiyi zaman, verdiyi ilk şüar "Amerikaya ölüm" olur.
İnqilab Rəhbəri ABŞ-ın sionist rejimi əsas qərar verərək, İsrailin Livana qarşı 33 günlük müharibəsi zamanı hazırladığı "Böyük Yaxın Şərq" planına işarə edərək, deyiblər: Bu gün amerikalıların vəziyyəti elədir ki, Suriya, İraq, Livan, Yəmən və Şimali Afrika olaylarında çıxılmaz vəziyyət ilə üzləşiblər. Məgər, bu vəziyyət böhran deyil?
Həzrət Ayətullahülüzma Xamenei İran İslam Respublikasının regiondakı mövqeyini ABŞ-ın tam qarşısı adlandırıb və deyiblər: Allahın lütfü sayəsində İran xalqı şücaət, bəsirət və müqavimət yolu ilə çətinliklərin öhdəsindən gəlib və bu gün Asiyanın qərb hissəsində və Fars Körfəzində parlaq bir simaya sahib olub.
O həzrət gəncləri xalqın ümidləri, gələcəyin qurucuları və ölkənin idarə ediciləri adlandırıb və onlara xitabən deyiblər: Mənim əzizlərim. Ölkənin problemlərinin çarəsi Allaha təvəkkül etmək və xalqın öz daxilindən qaynaqlanan müqavimət və iradəyə arxalanmaq, qətiyyətli olmaq, mübarizə aparmaq, bəsirətli olmaq, özünəinam hissinə yiyələnmək və inqilabçı ruhiyyəsinə rəvac verməkdir.
O həzrət sonda deyiblər: Əgər İmam bu gün həyatda olsaydı, xalqın oyanışına səbəb olan və İbrahimin büt sındıran nidasını xatırladan səsi ilə fəryad edərdi.