Bütün İranda 13 aban (3 noyabr) yürüşü başlanıb
13 Aban yürüşləri bu gün səhər Tehranda və İranın digər şəhərlərində vətəndaşlar, tələbələr və rəsmilərin iştirakı ilə başlanıb.
Bu gün 13 aban, 3 noyabr İranda İmperializmlə Mübarizə Milli Günüdür. 37 il öncə belə bir gündə İran tələbələri Amerikanın İslam İnqilabına qarşı çoxlu məkrli planlarına etiraz olaraq Amerikanın Tehrandakı casusluq yuvasını (səfirlik) ələ keçiriblər.
Bu il 13 aban yürüşü Tehranda Amerikanın Tehrandakı sabiq səfirliyinin önündə və İranın 850 şəhərində keçirilməkdədir. Yerli və xarici Kütləvi İnformasiya Vasitələrinin onlarla jurnalist, operator və fotoqrafı bu milli günü işıqlandırır.
13 Aban yürüşünün iştirakçıları "Amerikaya ölüm!", "İsrailə ölüm!" və "Xain Ali-Səuda ölüm!" şüarları ilə zülm və sitəmə qarşı öz nifrətlərini bəyan edirlər.
İranın müxtəlif şəhərlərində iranlı məktəbli və universitet tələbələri əllərində yazılı parçaları tutaraq zalımlarla mübarizə və dünya məzlumlarına dəstəyin davam etməsini vurğulayıblar.