Ruhani: Qadınların idarə etmə məsuliyyətində iştirakı zəruridir
https://azeri.sahartv.ir/news/İran-i244175-ruhani_qadınların_idarə_etmə_məsuliyyətində_iştirakı_zəruridir
İran İslam Respublikası prezidenti Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatı üçün yeni sədrin qadınlar arasından seçilməsini qadınlara idarəçilik məsuliyyətində iştirak üzrə daha artıq fürsətin verilməsinin nişanəsi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2016 07:28 Asia/Baku
  • Nazirlər kabineti
    Nazirlər kabineti

İran İslam Respublikası prezidenti Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatı üçün yeni sədrin qadınlar arasından seçilməsini qadınlara idarəçilik məsuliyyətində iştirak üzrə daha artıq fürsətin verilməsinin nişanəsi adlandırıb.

Cənab Həsən Ruhani nazirlər kabinetinin iclasındakı çıxışı zamanı həmçinin deyib: Qadınların idarəçilik məsuliyyətində iştirakına şəraitin yaradılması bir zərurətdir. 

Xəzər dənizində ticarət gəmiçiliyi üzrə İran, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında anlaşma sənədinin imzalanmasından öncə müzakirələrin aparılmasına icazənin verilməsi nazirlər kabinetinin iclasında qəbul olunan digər qərarlardan olub.