Noy 11, 2016 17:56 Asia/Baku
  • Ərbəin zəvvarları
    Ərbəin zəvvarları

İranın Ərbəin Qərargahının Siyasi və Konsulluq Kimitəsinin sədri ötən il ilə müqayisədə bu ilki Ərbəin mərasimində iştirak üçün iranlı və xarici zəvvarların sayında 2 qat artımın olduğundan xəbər verib.

İRİB-nin verdiyi məlumata görə, Həsən Qəşqavi deyib: Cümə axşamı İran İslam Respublikasının nizam-intizam qüvvələri tərəfindən Kərbəlaya səfər etmək istəyən xarici ölkə vətəndaşları üçün təqribən 100 000 viza verilib. 

H.Qəşqavi İranda 70 iraqlının bu ölkə konsulluğunda viza almaq istəyənlərə xidmət göstərməklə məşğul olduğuna işarə edərək, deyib: İranın dindar ostanlarında və Tehranda 12 ofis Ərbəin zəvvarlarına xidmət göstərməklə məşğuldur və cümə axşamına kimi 160 000 iranlı zəvvar İraqa daxil olub. 

Ərbəin Qərargahının Səhiyyə və Müalicə Komitəsinin sədri Pirhüseyn Kulivənd də Ərbəin zəvvarları üçün bu il səhiyyə xidmətlərinin ötən il ilə müqayisədə 3 dəfə artırıldığını bildirib və deyib: 5 gün öncədən zəvvarlara xidmətlərin göstərilməsinə başlanılıb. 

Kulivənd Mehran, Çəzabə və Şələmçə gömrük-keçid məntəqələrində 235 təcili yardım maşını yerləşdirildiyini bildirib və deyib, 16 təcili yardım avtobusu, 4 təcili yardım helikopteri, 7 səhra xəstəxanası, 20 dəstək xəstəxanası, 3 əməliyyata dəstək mərkəzi və 102 səhiyyə komandası zəvvarlar arasında səhiyyə və sağlamlığa nəzarət üçün tam hazır vəziyyətə gətirilib. 

Teqlər