İnqilab Rəhbəri: Amerika xalqının pulu şərafətsiz müharibələrə sərf olunub
İslam İnqilabının Böyük Rəhbəri ABŞ prezident seçkilərində irəli sürülən məsələlərə toxunaraq bildiriblər: Amerika son illər ərzində bu ölkə xalqının pulunu şərafətsiz müharibələrə sərf edib. Nəticəsi isə Əfqanıstan, İraq, Liviya, Suriya və Yəməndə on minlərlə sivilin həlak olması və infrastrukturların məhv edilməsidir.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün çərşənbə günü minlərlə İsfahan əhalisini qəbul edib. Görüşdə İnqilab Rəhbəri ABŞ prezident seçkilərində irəli sürülən reallıqların bu illərdə həmişə irəli sürüldüyünü, amma bir qrupun bunu qəbul etmək istəmədiyini qeyd edərək deyiblər: Bu seçkilər barədə bizim heç bir hakimliyimiz yoxdur. Çünki Amerika, həmin Amerikadır. Ötən 37 ildə iqtidara gələn iki partiyadan hər biri heç bir xeyir iş görməyib. Daima onların şərri İran xalqına tuşlanıb.
İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikasının ABŞ prezident seçkiləri barədə heç bir hakimlik etmədiyini qeyd edərək bildiriblər: İran həmişə ABŞ-dakı iki partiyanın düşmənçiliyinin şahidi olmuşdur.
Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Dünyada bir qrupun əksinə olaraq, ABŞ seçkiləri üçün bir qrup yasa batıb, ya da digər bir qrup şənlik edir. Biz nə yasa batırıq, nə də şənlik edirik. Çünki bizim üçün heç fərqi yoxdur, heç bir nigaranlığımız yoxdur. Allahın lütfü ilə ehtimal olunan hər bir hadisə ilə qarşılaşmağa hazırıq.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin Ərbəin yürüşünə toxunaraq onu dəyərli sərmayə adlandırıb və əlavə ediblər: Nəcəf və Kərbəla arasında bu milyonluq və əzəmətli hərəkət, bu şövqlü hərəkət, hətta təhlükə ilə yanaşı olarsa da, həmişə vətəndaşlarımız və gənclərimizin ürəyində döyünür və bu sərmayəni qorumaq lazımdır. Çünki ölkənin öz həyatını davam etdirməsinə zəmanətdir.