Tehranın cümə namazı xütbələri
Tehranın cümə namazı xitabətçisi İmam Hüseyn(ə) Ərbəinini şiə və sünnilər daxil olmaqla dünya müsəlmanlarının İslam düşmənləri qarşısındakı müqaviməti və birliyinin nümayiş etdirilməsi səhnəsi adlandırıb.
Tehranın cümə namazı xitabətçisi Ayətullah Məhəmməd İmami-Kaşani beynəlxalq imperializm və sionizmin İslam ümməti arasında ixtilaf və təfriqə salmaq üzrə səylərinə toxunaraq, vurğulayıb: Müxtəlif məzhəblərdən olan müsəlmanların əzəmətli İmam Hüseyn(ə) Ərbəini mərasimində milyonluq iştirakı onların İslama qarşı bütün fitnələr qarşısında müqavimət üzrə əzmkarlığını göstərir.
"İslami dəyərlər Kərbəla çölündə həyata keçdi" deyən Tehranın cümə namazı xitabətçisi bildirib ki, Ərbəinin əzəməti dünyanın zalım qüvvələrinin hökmranlığını zəiflədibdir.
Ayətullah İmami-Kaşani əlavə edib: İslam dünyası Amerika və sionist rejimin fitnələrini açıq gözlülük və dəqiq şəkildə tanımaqla onların region ölkələrinə qarşı dəqiq planlaşdırmalarına mane olmalıdır.
Tehranın cümə namazı xitabətçisi həmçinin Suriya, Yəmən, İraq və Əfqanıstan daxil olmaqla bəzi region ölkələrində qan axıdılmasının davam etməsindən nigaranlıq edərək, deyib: Regionun günahsız əhalisinin qanına qəltan edilməsinin məsuliyyəti Amerikaınn və terrorizmi dəstəkləyən ölkələrin üzərinə düşür.
Ayətullah İmami-Kaşani əlavə edib: Amerika və onun müttəfiqləri elə bir halda İranı terrorizmə tərəfdarlıq etməkdə ittiham edirlər ki, onların özləri hazırda İŞİD daxil olmaqla terror qruplarının xərclərini təmin edir və bu qrupların üzvlərinə təlimlər keçirlər.
Tehranın cümə namazı xitabətçisi ABŞ prezident seçkilərinə də toxunub: Bu seçkilərin nəticələrinin İran İslam Respublikası üçün əhəmiyyəti yoxdur, zira beynəlxalq böhranların və Amerika xalqının problemlərinin həllində heç bir təsiri olmayacaqdır.