İranlı taekvandoçu qızlar dünya birinciliyini qazanıblar
-
İranlı taekvandoçu qızlar dünya birinciliyini qazanıblar
İranın yeniyetmə taekvandoçu qızlar komandası 4 medalla dünya birinciliyini qazanıb.
Çərşənbə axşamı 110 ölkədən 800 taekvandoçunun iştirakı ilə Kanadanın Burnabi şəhərində Bil Kopland idman zalında başlanan dünya üzrə yeni yetmələrin 11-ci taekvando yarışları sona çatıb.
Qız və oğlan komandaları daxil İranın taekvando komandası Şimali Koreadan sonra ikinci yeri qazanıb, üçüncü yerdə isə Rusiya durub.
Bu yarışlarda İranın qızlardan ibarət komandası 2 qızıl, 2 bürünc medal və 55 xal toplayaraq dünya çempionu adını qazanıb.
Tayvan 1 qızıl, 3 gümüş medalla ikinci, Rusiya 3 gümüş, 2 bürünc medalla 3-cü və Türkiyə və Cənubi Korea komandaları da 4-cü və 5-ci yerləri tutublar.
İranın oğlanlardan ibarət taekvando komandası da 1 qızıl, 1 gümüş və 1 bürünc medal eləcə də 58 xalla dördüncü yeri tutub.
Cənubi Korea 5 qızıl və 2 bürünc medalla dünya çempionu adını qazanıb. Rusiya 2 qızıl, 2 gümüş və 2 bürünc medalla ikinci yeri tutub, Türkiyə isə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla üçüncü yerdə durub.