Noy 22, 2016 20:08 Asia/Baku
  • İnqilab Rəhbərinin Sloveniya prezidenti ilə görüşdəki bəyanatı
    İnqilab Rəhbərinin Sloveniya prezidenti ilə görüşdəki bəyanatı

İslam İnqilabının Böyük Rəhbəri bəzi qüdrətlərin xalqlara savaş və səbatsızlıq qəbul etdirməkdə oynadıqları rola və regiondakı kədərli hadisələrə toxunaraq, vurğulayıblar: İran İslam Respublikası daim müstəqil ölkələri xalqlara qarşı təzyiqlər qarşısında fəal rol oynamağa çağırıbdır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün axşam Sloveniya prezidenti Borut Pahor və onu müşayiət edən heyətlə görüşdə Asiyanın qərbindəki ölkələrdə gedən kobud döyüşləri və İŞİD kimi teror qruplarının yaradılmasını bəzi qüdrətlərin müdaxilələri və zorakılıqlarının nəticəsi adlandırıblar.

O həzrət əlavə ediblər: Bütün ölkələrin vəzifəsi, bu döyüşlərin alovunu söndürməyə çalışmaqdır və İran İslam Respublikası da hegemonçuluq cərəyanının təbliğatlarının əksinə olaraq, bu hədəfdə fəal və təsirlidir, amma digər ölkələrin işlərinə qarışmır.

İslam İnqilabının Böyük Rəhbəri İŞİD-ə qarşı amerikan koalisiyanı müvəffəq hesab etməyiblər və bu uğursuzluğun dəlilinin bəyanında iki mövcud baxışa işarə edərək, belə qeyd ediblər: Birinci baxışa əsasən, amerikalılar İŞİD-in kökünün kəsilməsi üçün bir proqrama malik deyillər və Hindistanın müstəmləkəçiliyi dövründə Kəşmiri sümük kimi yaranın arasında saxlamış İngiltərə kimi İŞİD qarşısında elə əməl etmək istəyirlər ki, bu problem İraq və ya Suriyada həll edilməmiş bir problem olaraq qalmış olsun.

O həzrət söyləyiblər: İkinci baxışa əsasən, amerikalılar İŞİD məsələsinin həllini istəmirlər, amma mexanizmlər elə deyildir ki, onlar bu işi görməyə qadir olmuş olsunlar. Əlbəttə, hər iki baxışın nəticəsi indiyədək eyni olub və bu gün İraq və xüsusən Suriya son dərəcə çətin və acınacaqlı bir vəziyyətdədirlər.

Həzrət Ayətullahuluzma Xamenei Asiyanın qərbindəki ölkələrdə səbatsızlığın yaradılmasının, o sıradan mühacirlərlə bağlı problemlərin təsirlərinə toxunaraq, belə qeyd ediblər: Avropa ölkələrinin maksimum bir neçə on min mühacirə sığınacaq verə bilmədikləri bir halda, İran illər boyudur ki, tolerantlıqla Əfqanıstan xalqından təqribən üç milyon nəfəri qarşılayıbdır.

İslam İnqilabının Böyük Rəhbəri Yəmən xalqının səud dövləti tərəfindən bir il səkkiz ay müddətinə bombardman edilməsi və bu ölkənin infrastrukturlarının dağıdılmasını regionun bu günlərdəki digər kədərli hadisələrindən sayıb və bildiriblər ki, müstəqil dövlətlər bu hadisələrlə mübarizə aparmalıdırlar.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin İranın nüvə anlaşması gedişində öz öhdəliklərinə tam əməl etdiyini bildirərək, qarşı tərəfin öz öhdəliklərinə əməl etmədiyini tənqid ediblər.

Teqlər