İran istehsalı olan 11 ton ağır su Omana göndərilib
https://azeri.sahartv.ir/news/İran-i246824-İran_istehsalı_olan_11_ton_ağır_su_omana_göndərilib
İranın Atom Enerjisi Təşkilatının sədri İran istehsalı olan 11 ton ağır suyun Omana göndərilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2016 16:45 Asia/Baku

İranın Atom Enerjisi Təşkilatının sədri İran istehsalı olan 11 ton ağır suyun Omana göndərilməsindən xəbər verib.

IRIB-nin məlumatına görə, Əli Əkbər Salehi bu gün Tehranda Ekologiyada Müharibənin Təsirləri ilə Mübarizə Ümumdünya Gününün  anım mərasiminin kənarında müxbirlər qarşısında deyib: 11 ton ağır su Omana göndərilib və qarşı tərəf də alqını davam etdirməyə hazır olduğunu bildirib.

Salehi həmçinin deyib: İran İslam Respublikası nüvə anlaşmasında üzərinə götürdüyü öhdəliklərə əməl edib və gözləyir ki, qarşı tərəf də öz öhdəliklərinə əməl etsin.

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: Nüvə anlaşması yaxşı irəliləyib və təkcə sanksiyaların ləğvində ləngimələrlə üzləşibdir ki, İranın Xarici İşlər Nazirliyi bu məsələni ciddi şəkildə izləyir.