Tehranda Sloveniya səfirliyi açıldı
https://azeri.sahartv.ir/news/İran-i247010-tehranda_sloveniya_səfirliyi_açıldı
İran və Sloveniya arasında siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi çərçivəsində Sloveniya səfirliyinin bu gün Tehranda açılış mərasimi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2016 15:37 Asia/Baku
  •  Sloveniya prezidenti Borut Pahor
    Sloveniya prezidenti Borut Pahor

İran və Sloveniya arasında siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi çərçivəsində Sloveniya səfirliyinin bu gün Tehranda açılış mərasimi olub.

İRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Sloveniya prezidenti Borut Pahor səfirliyin açılış mərasimində iştirak ediblər.

Sloveniya xarici işlər nazirinin müavini xanım Darya Badvaj Kurt noyabrın 2-də Tehranda İran xarici işlər naziri ilə görüşdə bu ölkə səfirliyinin Tehranda işə başlamasını Lubliyanın İran ilə əlaqələrin hərtərəfli şəkildə genişləndirilməsində maraqlı olmasının nişanəsi adlandırıb.

Sloveniya  2012-ci ildə iqtisadi böhran üzündən Tehrandakı səfirliyinin fəaliyyətini dayandırmağa məcbur olmuşdu.

Sloveniyanın müvəqqəti işlər vəkili artıq 2 aydır ki, Tehranda fəaliyyət göstərir.